Milli Məclis Qırğızıstanla hava əlaqəsi haqqında sazişi təsdiq edib

Milli Məclis Qırğızıstanla hava əlaqəsi haqqında sazişi təsdiq edib

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb. SİA-nın verdiyi məlumata görə, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş Qırğızıstanla hava əlaqələrinin qurulmasını, iki ölkənin bir-birinin hava məkanından istifadə etməsi və s. məsələləri nəzərdə tutur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə