“Seyid cəddinə arxayına olan kimi neftin və qazın qiymətinə arxayın olmamalıyıq” - SİYAVUŞ NOVRUZOV
“Büdcə layihəsi ildən-ilə təkmilləşir. Büdcəyə nəzarət prosesi aidiyyatı qurumlar tərəfindən layiqincə həyata keçirilir. Həmkarlarım qeyd etdi ki, neftdən və qazdan gələn gəlirlər artır. Bu təbiidir. Amma istər neft, istərsə də qazdan gələn gəlirlərin artması və azalması bu gün dünyada iqtisadi proseslərin nəticəsi yox, daha çox siyasi proseslərin nəticəsidir”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, heç bir iqtisadçı hesablaya bilməz ki, sabah neft və qazın qiyməti nə qədər olacaq: “Bu bilavasitə siyasi proseslərə aid olan bir məsələdir. Bu baxımdan seyid cəddinə arxayına olan kimi qazın və neftin qiymətinə arxayın olmamalıyıq. Ayrılan vəsaitlərdən yeni iş yerlərinin açılmasına, büdcəyə gəkir gətirən obyektlərin artırılmasına diqqət yetirməliyik”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB