“Erməninin iç üzünün dünya tərəfindən bilinməsi vacib məsələdir” - DEPUTAT ŞƏRH ETDİ

“Bu gün Prezident İlham Əliyev BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Polşada keçirilən Ümumdünya Şəhər Forumunun 11-ci sesiyasında “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək”mövzusunda etdiyi çıxışda Azərbaycanın şəhərlərin qurulması və inkişaf etdirilməsində baxışlarını geniş şəkildə forum iştirkçıların diqqətinə çatdırmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, Bakının müasirlik və qədimliyi özündə əks etdirən dünyanın ən gözəl şəhərləri arasında yer aldığı hamıya məlumdur: “Yəni, Azərbaycanın şəhərlərin gələcəyinə baxışında etalon Bakı şəhəri kimi qeyd etmək olar. Cənab Prezident forumun iştirakçılarının diqqətini işağaldan azad olunmuş ərazilərdə ermənilərin 30 ildə törətdikləri vandallıqları haqqında məlumat verdi.

Təbii ki, erməninin iç üzünün dünya tərəfindən bilinməsi vacib məsələdir. İşğaldan azad olunmuş ərazilərdəki 9 şəhər və yüzlərlə kənd ermənilər dağıdılaraq məhv etmiş, urbisid və kultursidə çevirmişdir. Azərbaycan bu əraziləri sıfırdan başlayaraq öz gücü hesabına yenidən bərpa edir. Təbii ki, bu işdə xarici dəstəyin olması şəhərlərimizin yenidən qurulması və bərpası işimizi sürətləndirəcəkdir”.

Deputat sözlərinə belə davam edib: “Ölkə başçımız öz çıxışında işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün beynəlxalq qrant layihələrə açıq olduğunu bir daha qeyd etdi. BMT-nin UN-HABİTAT proqramı tərəfindən dünyada şəhərlərin bərpasına dəstək proqramları icra edir. Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına da bu proqram çərçivəsində yardım göstərilsəydi ədalətli olardı. Çünki, 1 milyona yaxın vətəndaşımız öz doğma yurdlarına qayıtmağını gözləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə