BMT ilə birgə səy göstəririk - NAZİR AÇIQLADI

"Bu gün Türkiyə, Qazaxıstan və Azərbaycan dövlətləri arasında 3 formatında görüş keçirildi". SİA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Cənab nazir toplantını həyata keçirən və onları çox gözəl şəkildə qarşılayan Ceyhun Bayramova və Rəşad Nəbiyevə öz minnətdarlığını bildirib: "Ordu günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik etdirəm. Bu 3 ölkə arasında olan qardaşlıq münasibəti özünü bütün sahələrdə göstərir. Ortaq kalidoru daha da genişlənditmək üçün böyük bir səy göstərəciyik. Taxıl mövzusunu izləyirsiniz. BMT ilə birgə məsələni həll etmək üçün səy göstəririk. Davamlı və güvənli logistika xətlərinin önəmini bir daha görürük. Bu baxımdan milli və regional əhatəmizi artırmaq üçün önəmli sərməyələr etməyə davam edirik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə