Bakı-Tiflisi Qaz kəmərinin potensial genişlənməsi müzakirə edildi

"Bu gün Bakı şəhərində 3 qardaş ölkə olaraq xarici işlər və nəqliyyat üzrə nazirlərin birinci toplantının keçirilməsi mühüm əhəmiyyətə malikdir". SİA xəbər verir ki, Bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər nazirləri və Nəqliyyat sahəsi üzrə nazirlərinin birinci toplatısından sonra keçirilən mətbuat konfrasında qeyd edib.

O qeyd edib ki, 3 ölkə arasında qardaşlıq münasibətləri mövcuddur: "Bu gün regional məsələlərə nəzər salındı və xüsusi olaraq nəqliyyat və bağlantılar sahəsində fikir mübadilələri aparıldı. Mövcud olan problemlər və dar boğazların aradan qaldırılması prosesində nəqliyyat məsələlərinə nəzər saldıqsa, əsas müzakirə mövzusu olan bir məsələlərə də baxıldı. Müzakirələr kontekstində Bakı-Tiflisi Qaz kəmərinin potensial genişlənməsi müzakirə edildi. Avropa İttifaqı ilə müxtəlif lahiyələrin irəli aparılması, eyni zamanda Trans-Xəzər fiber optik lahiyəsi irəli sürüldü. Şəriq-Zəngəzur və Qarabağ ərazisində həyata keçirilən nəqliyyat məsələləri barədə xüsusi müzakirə mövzusu oldu. Məhz bu konteksdə lahiyənin reallaşmasına tam dəstək verildi. Bu gün Bakı şəhərində hazırlanmış və imzalanmış Bakı bəyannaməsi ciddi iş birliyinim irəli aparılmasına böyük önəm kəsb edir. Növbəti iclasımızın Qazaxıstanda keçirilməsi barədə də razılıq əldə edildi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə