“Azərbaycanda ordu quruculuğu Ulu Öndərin adı ilə bağlıdır“ - HƏRBİ EKSPERT AÇIQLADI

“26 iyun Azərbaycan tarixində çox önəmli günlərdən biridir. 1918-ci ildə şərqdə ilk xalq cümhuriyyəti türk-islam aləmində bizim babalarımız qurub. Bu zamanlar Azərbaycan ordusu yaradılıb”. Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.

Onun sözlərinə görə, 26 iyun Azərbaycan Silahlı Qüvvələri yaradıldı: “Qısa bir müddətdə Qafqaz İslam ordusu böyük şücaət əldə edərək Gəncədən gələrək bütün Azərbaycan işğaldan azad etdi, paytaxt Bakıya köçürüldü. 26 iyun 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Silahlı Qüvvələr Günü elan edildi. Bu tam məntiqli bir qərar idi. Azərbaycanda ordu quruculuğu Ulu Öndərin adı ilə bağlıdır. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu liseyin məzunları bu gün Azərbaycan Silahlı Qüvvələrində çox yüksək vəzifələrdədirlər. 1 və 2-ci Qarabağ müharibəsində böyük şücaətlər göstərmiş generallar, polkovniklər ordumuzun yüksək zabit heyətini təşkil edir. Azərbaycanda nizami ordu yaradıldı. Hərbi məktəblər, liseylər yaradıldı. Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıqlar yüksək səviyyədə davam etdirilir.

Cənab Prezident İlham Əliyev hər sahədə olduğu kimi bu sahədə də Ümummilli Liderin layiqli davamçısıdır. Azərbaycan hərbisi daha da inkişaf etdirildi. Azərbaycan silah istehsalına başladı. Dünyanın ən qabaqcıl ölkələrindən ən müasir silahlar alınaraq Azərbaycan ordusuna gətirildi. Kazarmalar tikildi, ordunun hərbi-madii teknikası yüksəldildi.

Vətən müharibəsində ordumuzun inkişafı göz qabağında idi. Qələbədə böyü uğurun əldə edilməsində ordumuzun rolu danılmazdır. İllərlə aparılan zəhmət Vətən müharibəsində öz nəticəsini verdi. Bu 21-ci əsrin ən böyük müharibəsi idi və bu müharibə qısa müddətdə, 44 gün ərzində Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Ona görə ki, illərıə sistemli olaraq məqsədyönlü işlər həyata keçirilirdi. Bu ordunun maddi-texniki bazası güclü idi. Dünyanın ən güclü ordularından biri olan qardaş Türkiyə ordusu ilə birgə təlimlər keçirilirdi. 26 iyun ümumxalq bayramıdır. Xalq ordumuzla qürur duyur. Ordumuz bizim fəxarətimizdir. Bu gün münasibətilə başqa Ali Baş Komandan İlham Əliyev olmaqla bütün şəhid ailələrini, qazilərimizi, müharibə iştirakçıılarını və xalqımızı təbrik edirəm. Eşq olsun Azərbaycan ordusuna! Eşq Olsun Azərbaycan dövlətinə!”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə