26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub - FOTOLAR

Qala Qoruğunda 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, şəhid ailələri, qazi və ağsaqqallar iştirak edib.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edərək, qəhrəman şəhidlərimizin və qazilərimizin döyüş yollarının, ümumilikdə isə böyük Zəfərimizin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə işində mühüm rol oynadığını bildiriblər.

Sonda tədbirdə iştirak edən qazi və şəhid ailələrinə hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə