Müdriklik adətən yaş, təcrübə və düşüncəbacarığı ilə müəyyənləşir. Qeyri – adi şəxsiyyət olan Heydər Əliyev də həmişə ən çətin anlarda belə canından əziz sevdiyi xalqı ilə bir olmuş, hər zaman xalqının səsinə səs vermiş və bununla da öz müdrikliyini qazanmışdır. Ulu Öndərimizin ikinci dəfə hakimiyyətdə olduğu 1993 – 2003-cü illər bir dahi şəxsiyyət ömrünün tarixi salnaməsidir. 1993-cü il iyun ayının 15-də Azərbaycann Respublikasının Ali Sovetinin sədri seçildikdən, həmin ayın 24-də Azərbaycan Respublikasının Prezidetinin səlahiyyətlərini icra etməyə başladıqdan sonra Azərbaycanı müstəqil, azad, demokratik ölkə görmək arzularını reallığa çevirdi. Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən, məhv olmaq təhlükəsindən, dövlət çevrilişlərindən, özbaşnalıqdan xilas edərək, xalqımıza yeni, firavan həyat və müstəqil, azad Azərbaycan dövlətini bəxş etdi.

Bəşər tarixində nadir hadisələrdəndir ki, milli liderliklə, siyasi liderlik keyfiyyətləri bir dövlət adamında birləşsin. Özünün misilsiz tarixi xidmətləri ilə xalqımızın Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev hər iki keyfiyyəti öz şəxsində birləşdirməklə bərabər, fəaliyyət göstərdiyi bütün dövrlərdə özünü birinci şəxs kimi, Lider kimi təsdiq etmişdir. Qlobal düşüncəli, geniş dünyagörüşlü siyasət nəhəngi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbəti qazanan Ulu Öndər kimi yaddaşlarda yaşayır. Heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxliyi və azadlığı naminə canından keçməyə hazır olan fədakar şəxsiyyət kimi əvəsiz işlər görmüş, misilsiz xidmətlər göstərmişdir. Dünya siyasətinə təsir etməyi bacaran bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və onun zirvəsindədurmağı bacaran qeyri – adi zəkaya malik nadir şəxsiyyətlərdəndir. Ulu Öndər güclü idarəedici, sözünün çəkisi, sanbalı olan, kütləni arxasınca aparmağı məharətlə bacaran siyasi xadim idi.

“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur” deyən Heydər Əliyev bu sözlərə əməl etdi. 1993-cü ilin iyun günlərində xalqımızın düçar olduğu ağır böhrandan, müstəqilliyini itirmək təhlükəsindən xilas edən Ulu Öndər xalqını sevdiyi qədər, xalq da onu sevir və inanırdı. 1993-cü ilin oktyabr ayının 3-də keçirilən prezident seçkilərində 98,80 faiz səs toplayaraq qalib gəlməsi dahi rəbərə olan ümumxalq sevgisinin bariz nümunəsi, məntiqi nəticəsi idi.

Heydər Əliyevin siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsi, qətiyyətli iradəsi nəticəsində Azərbaycan müstəqillik yollarında inamla addımlayaraq hərtərəfli inkişafa nail oldu. Müstəqil Respublikamız gündən/günə möhkəmlənərək güclü, hüquqi, demokratik dövlət quruculuğu prossesini uğurla həyata keçirməyə başladı. Şaxələndirilmiş iqtisadiyyatımız sürətlə inkişaf etməyə başladı, xalq-hakimiyyət birliyi, azad vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm, tolerantlıq kimi dəyərlər bərqərar oldu.

Bu gün Ümummilli Liderimizin siyasi kursu Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, yaradıcı şəkildə davam etdirilərək mütərəqqi yeniliklərlə zənginləşdirilmişdir. Ölkəmizdə ictimai-siyasi həyatın bütün sahələrində inkişafa nail olunmuş, vətəndaşlara yüksək sosial rifah bəxş etmək üçün köklü islahatlar həyata keçirilmişdir.

Xalqımızın ən böyük uğuru isə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın 44 gün ərzində düşmən tapdağından azad edilməsi oldu. Bütün dünyayabir daha sübut olundu ki, Azərbaycan həmişə haqqın, ədalətin, sülhün tərəfindədir. Heç zaman haqsızlıqla barışmayıb və bundan sonra da barışmayacaq.

Bu gün müstəqil Azərbaycanımızda Ulu Öndər Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir.İnanırıq ki, hər zaman bu müdrik və uzaqgörən ideyalardan güc alan Azərbaycan tezliklə işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli və genişmiqyaslı bərpa – quruculuq işlərini başa çatdıracaq və dünyanın dilbər guşələrindən olan doğma Qarabağa Böyük Qayıdış başlanacaqdır. Bölgəmizdə davamlı sülhə nail olunacaq və insanlar əmin - amanlıq şəraitində, təhlükəsiz şəraitdə yaşayacaqlar. Əminik ki, həmin gün elə də uzaqda deyil!

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...