Sergey Lavrovun Bakı səfəri NƏ İLƏ YADDA QALDI? - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda səfərdədir. Bu səfər çərçivəsində nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, görüş əsnasında regionda gedən proseslər kommunikasiya xətlərinin açılması, nəqliyyat artireyalarının işə salınması, iqtisadi əməkdaşlığın dərinləşməsi istiqamətində danışıqlar aparılıb: “Xüsusilə Ermənistanla münasibətlərin normallaşması konteksti maraq doğurur və eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması eləcə də, sərhədlərin dermitasiyası və demarkasiyası prosesinin tərəfdarıdır. Bu istiqamətdə mühüm siyasi danışıqlar keçirilir. Sergey Lavrov regional əməkdaşlığın gücləndirilməsi, 3+3 platformasının reallaşmasında tərəfdar olduğunu nümayiş etdirir. Çünki Bakıya səfər məhz Lavrovun İran səfərindən sonra gərçəkləşib. Bu baxımdan məhz regionda iqtisadi əməkdaşlığın daha da genişlənməsi istiqamətində səylərin birləşdirilməsinə böyük ehtiyac var. Düşünürəm ki, Cənubi Qafqazda sülhün qorunulması, etimad atmosferinin gücləndirilməsi, eləcə də sülhün dayanıqlılığının artırılması üzərində işlər intensivləşdirilməlidir. Çünki məhz təhlükəsizlik seqmentinin gücləndirilməsi həm də iqtisadi sahədə canlanmaya xidmət edir.

Digər önəmli məsələ üçtərəfli birgə bəyanatların icrasıdır. 2020-ci ilin 10 noyabrı, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixində imzalanmış bəyanatların implementasiyası danışıqlarda xüsusi əhəmiyyət kəsb edir. Çünki bir sıra açıq qalan maddələr var. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və məsuliyyətdən boyun qaçırdır. Ermənistanda müxalifətin aksiyaları da sülh prosesinə mənfi təsir göstərir. Son dövrlər bu aksiyaların sona çatması və müxalifətin iqtidara qarşı siyasi dirənişdə gücsüz olması nəzərə çarpır və artıq Ermənistanın daxili ictimai-siyasi həyatında normallaşma gücləndikcə sülh müqaviləsinin imzalanması potensialı artır. Rusiya isə bu danışıqlarda öz vasitəçilik imkanlarını genişləndirə bilər. Ona görə də Cənubi Qafqazda sülh mühitinin gücləndirilməsində Rusiya maraqlı olmalıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə