"Rusiya müharibənin bitməsini istəmir" - POLİTOLOQ AÇIQLADI

"Rusiya-Ukrayna müharibəsinin bitməsini istəməyənlərdən biri də elə məhz Rusiyanın özüdür. Çünki Rusiya ədalətli şərtlərlə danışıqlar stolu ətrafında uzun müddətdir ki, oturmaqdan imtina edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Rusiya müxtəlif səbəblərlə Zelenki hökumətini qəbul etmək istəmir: "Rusiya istəsə müharibə bu gün də dayana bilər. Rusiya danışıqlar prosesində iştirak etməli və Ukraynanın işğal edilmiş torpaqlarının özünə qaytarmalıdır. Bu torpaqları tam geri qaytarmaq istəmirsə də müəyyən güzəştlər etməlidir. Amma Rusiya bunların heç birini etmir. Hay-küylə bildirirlər ki, bütün Ukrayna Rusiyanındır. Belə yanaşmalar müharibə çağırışlarıdır. Ukrayna xalqı 45-50 milyonluq bir xalqdır. Təbii ki, bu fikirlər dövləti müharibəyə sövq edir. Düzdür müharibənin davam etməsində əvvəllər Qərb dövlətləri, Amerika, Böyük Britaniya maraqlı kimi görünürdülər. İndi onlar da anlayır ki, müharibə uzun müddət davam edəcək. Həm də Avropa Birliyində əvvəlki yekdillik yoxdur. Almaniya, Fransa, İtaliya torpaqların Rusiyaya verilməsi bahasına da olsa müharibənin dayandırılmasını istəyirlər. Bu da Ukrayna xalqının mənliyinə təsir edir. Nəyə görə Rusiya Ukraynanın 20 faizdən çox torpaqlarını işğal etməlidir? Bu 21-ci əsr dünyasında görünməmiş hadisədir. Müharibənin davam etməsini istəyən Rusiyadır, onun aqressiv, təcavüzkar əməlləridir. Qərb sadəcə olaraq Ukrayna torpaqlarının özünə qaytarılmasını istəyir. Qərb Ukraynanın Rusiya tərəfindən əzilib tamamilə sıradan çıxarılmasının qarşısını almaq istəyir.

Düşünürəm ki, Ukraynanın apardığı mübarizə postsovet məkanında mübarizə aparan bütün xalqların mübarizəsidir. Onların mübarizəsinə töhfə verir. Çünki hədəqəsindən çıxmış Rusiya Ukraynanı əzdikdən sonra digər postsovet ölkələrini də işğal etmək istəyir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə