Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev, Dövlət Məşğulluq Agentliyinin Biləsuvar şöbəsinin müdiri Səbuhi Quliyev və Günəşli kənd ərazi partiya təşkilatının sədri Sakit Mirzəyev II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Günəşli kəndindən olan şəhid Teymurzadə Nahid Üzeyir oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.Görüşdə Nahid Teymurzadənin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.Daha sonra şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Teymurzadə Nahid Üzeyir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbraylın azad olunmasına görə “, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB