“Ermənistan Brüssel razılaşmalarından yayınır. Avqustun əvvəlində də yenidən Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan Azərbaycan liderləri arasında növbəti görüş gözlənilir”. Bunu politoloq Məhəmməd Əsədullazadə SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, gözlənilən görüşdə əldə olunan razılaşmaların necə yerinə yetirildiyinə baxılacaq. Amma göründüyü kimi, Ermənistan tərəfi konkret olaraq təxribatlara əl atır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesindən yayınmağa çalışır. Mütəmadi atəşkəsi pozması bunu deməyə əsas verir ki, Ermənistan danışıqları manipulyasiya edir və sülh müqaviləsinin bağlanmasında maraqlı tərəf deyil. Bu, həmçinin Avropa İttifaqının Cənubi Qafqazda geostrateji maraqlarına ziddir, tam şəkildə Rusiyanın maraqlarına xidmət edir. Rusiya da Ermənistanın təxribatçı davranışlarında maraqlıdır və Ermənistanın bu cür davam etməsinə də dəstək verir. Hesab edirəm ki, əgər Ermənistan bu siyasətini davam etdirərsə Avropa İttifaqının Ermənistana nəzərdə tutduğu 2 milyard avro vəsaiti ayırmaqdan imtina edə bilər. Azərbaycanla sülh müqaviləsini sabotaj etdiyinə görə Ermənistanın müəyyən dərəcədə Avropa İttifaqı ilə siyasi əlaqələrində soyuqluq yaranacaq. Əgər Ermənistan təxribatlarını davam etdirərək, Azərbaycan adekvat addımlar atacaq və qarşı tərəfi sülhə məcbur etmək üçün hərbi təzyiqlərdən istifadə edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB