Prezidentin Özbəkistan səfəri Gürcüstan mətbuatında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər, söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, "24news.ge" və "aktual.ge" informasiya portalları Azərbaycan Prezidentinin fikirlərini oxucuların diqqətinə çatdırıb.

Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda dövlətimizin başçısının Qarabağın bərpası işində qardaş köməyi və Prezident Şavkat Miromonoviçin işğaldan azad edilmiş Füzuli şəhərində hədiyyə kimi məktəb tikmək qərarına verdiyi qiymət, eyni zamanda bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə duyduğu ehtiyac barədə fikirləri əksini tapıb.

Materiallarda Özbəkistanda keçirilən biznes forum çərçivəsində xeyli sənədin imzalandığı qeyd olunur, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamənin qlobal xarakter daşıdığı xüsusi vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...