"Prezidentin Özbəkistana səfəri fövqəladə əhəmiyyətə malikdir" - DEPUTAT AÇIQLADI
"Prezident İlham Əliyevin Özbəkistana səfəri fövqəladə əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.
Onun sözlərinə görə, Orta Asiyanın ən böyük türk müsəlman dövləti olan Özbəkistan 35 milyon əhalisi ilə bğyük nüfuza malikdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi demoqrafiyanın pozitif istiqamətdə inkşaf etməsinə baxmayaraq əhalinin sosial təminatında çox uğurlu nəticələr var: "Özbəkistan hər dəfəsində Azərbaycanın haqq işini müdafiə edib, Ermənistan ilə münasibətləri çox aşağı səviyyədə olub. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşləri bir daha sübut etdi ki, bu iki xalq arasında dostluq və qardaşlıq münasibətləri qurulub. Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in imzalanması xüsusi önəm kəsb edir. İki ölkə arasında əməkdaşlıq daha da dərinləşir. Türk Dövlətləri Təşkilatı məkanında artıq hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr yeni, özü də strateji mərhələyə qədəm qoyur. Yəni göründüyü kimi artıq türk dünyasını əhatə edən ölkələr müxtəlif təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün öz güclərini birləşdirir, gələcəkdə mümkün təhlükələrdən sığortalanmaq üçün müvafiq addımlar atırlar”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB