Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb FOTOLAR

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb FOTOLAR

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı və Yuxarı Cürəli kənd ərazi partiya təşkilatının sədri Firdovsi Şərifov 44 günlük müharibədə Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Yuxarı Cürəli kəndindən olan şəhid Nəcəfli Sadiq Nüsrət oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. Görüşdə Sadiq Nəcəflinin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Daha sonra ictimayyət nümayəndələri ilə birgə şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Nəcəfli Sadiq Nüsrət oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə