26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

21 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının iclas zalında 26 iyun – Silahlı Qüvvələr günü və cari ilin ötən dövrü ərzində ərazi partiya təşkilatlarında görülən işlərlə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edibər.

​Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açıb və 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız İlham Əliyevcənabları olmaqla, şəhid ailələrini, qazilərimizi, müharibə veteranlarını, rəşadədli ordumuzun zabit və əsgərlərini təbrik edib, ən xoş, ən səmimi arzularını çatdırıb. Rayon təşkilatının sədri 44 günlük Vətən Müharibəsində əldə olunan möhtəşəm Qələbənin mahiyyətindən, tarixi ədalətin, milli ləyaqətin bərpasından, Xalq - Ordubirliyindən, Lider – Xalq həmrəyliyindən ətraflı bəhs edib. A.Nəbiyev postmüharibə dövründə əldə olunan nailiyyətlərdən, qazanılan uğurlardan, mövcud Azərbaycan reallıqlarından da ətraflı danışıb.

​YAP Qazax rayon təşkilatının sədri daha sonra bu ilin ötən dövrü ərzində ərazi partiya təşkilatlarında mövcud vəziyyət və görülən işlər barədə də ətraflı məlumat verib. Natiq qeyd etdi ki, fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına uyğun şəkildə quran YAP Qazax rayon təşkilatı Yeni AzərbaycanPartiyasının yeddinci Qurultayında Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əlievin proqram xarakterli nitqindən irəli gələntapşırıq və vəzifələri uğurla həyata keçirir. Cari ilin mart – aprel aylarında rayon təşkilatının bütün ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib, yeni sədr və müavinlər seçilib. Hazırda YAP Qazax rayon təşkilatı 76 ərazi partiya təşkilatında 10521 nəfər üzvü özündə birləşdirir. Ötən son beş ay ərzində 341 nəfər partiya sıralarına qəbul edilib və üç yeni ərazi partiya təşkilatı yaradılıb. Üzvlük haqlarının ödənilməsində nəzərəçarpacaq dərəcədə artımolduğunu qeyd edən rayon təşkilatının sədri partiya üzvlərinin sosial şəbəkələrdə aktivliyinin vacibliyini də ön plana çəkib və ərazi partiya təşkilatı sədrlərinə müvafiq tapşırıq və tövsiyyələrini verib.

​Tədbirin sonunda Anar Nəbiyev 26 iyun – Silahlı Qüvvələr günü münasibəti ilə bir daha rayon təşkilatının bütün üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə