Qlobal Bakı Forumu dünyanın aparıcı platformalarından birinə çevrilib ŞƏRH
Ölkəmiz müstəqillik qazandıqdan sonra böyük nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Belə mötəbər tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-dan 18-dək paytaxt Bakı şəhərində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu olmuşdur. Forumda qlobal dünya nizamını təhdid edən əsas problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin edilməsi üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparıldı. Forumun açılış mərasimində Prezident İlham Əliyev mühüm fikirlər səsləndirdi. Forumda ümumilikdə dünyanı narahat edən məsələlər tezis olaraq qaldırıldı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi mesajları dünya birliyinə cağrış kimi qiymətləndirmək olar. Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirildi. Forumda cənab Prezident Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı Azərbaycanın prinsipal mövqeyini ortaya qoyub. Cənab prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.
Dünyanın yüksək səviyyəli nümayəndələrinin qatıldığı IX Qlobal Bakı Forumunun bir il bundan əvvəlki göstəricidən xeyli çox olduğunu vurğulayan Prezident bunun səbəbi kimi müzakirələrin cəlbedici olduğunu, bu platformaya ehtiyac olduğunu onun faydalı və mühüm praktik təsiri olduğunu bildirmişdir.
Cənab Prezident İlham Əliyev tədbirdəki çıxışında beynəlxalq təşkilatların və ölkələrin ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamaları, enerji bazarlarındakı vəziyyət, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, iki ölkə arasında sülh razılaşması, Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanata əməl etməsi, Zəngəzur dəhlizinin açılması, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi barədə məsələlərlə bağlı dəyərli fikirlər səsləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi problemlərə dair aparılan müzakirələr bu Forumun qlobal səviyyəli məsələlərin həlli üçün ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrildiyini bir daha sübut etdi. Forumun keçirilməsi dünyanın sabit gələcəyi istiqamətində atılmış mühüm addım oldu. Qlobal Bakı Forumu bu gün qlobal siyasətə aid vacib məsələlərin müzakirəsi baxımından olduqca mühüm platformalardan birinə çevrilmişdir. Bu forum həm də dövlətimizə təşkilatçı kimi göstərilən etimadın təzahürüdür. Azərbaycan Qlobal Bakı Forumuna ev sahibliyi etməklə dünya siyasətindəki əhəmiyyətli rolunu bir daha təsdiq edir.
Seymur Yusifov
YAP Tərtər rayon təşkilatı Hacıqərvənd ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB