Azərbaycan siyasi, iqtisadi, humanitar və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Belə ki, ölkəmizdə beynəlxalq idman yarışları, mədəniyyət tədbirləri, konfranslar ən yüksək səviyyədə təşkil olunur. Əlbəttə ki, dövlətimizin beynəlxalq nüfuzu, ölkəmizdəki siyasi mühit, sabitlik və təhlükəsiz şərait belə tədbirlərin keçirilməsi üçün başlıca amillərdəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun keçirilməsi də aktual məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Qlobal Bakı Forumu əhəmiyyətinə görə digərlərindən fərqlənir. Foruma maraq ildən–ilə artır və iştirakçıların sayı da çoxalır. IX Qlobal Bakı Forumunu əhəmiyyətli edən həm də onun proqram və mövzusunun aktuallığıdır. “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkədən 400-dək nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edirlər. Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin rəhbərlərinin, çoxsaylı ölkələrin sabiq başçılarının, tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və digərlərinin sədrlərinin iştirakı, Böyük Britaniya, İtaliya, Latviya və digər ölkələrin rəhbərlərinin Foruma müraciətlər ünvanlamaları beynəlxalq aləmin bu tədbirə xüsusi diqqətlə yanaşdığının bariz nümunələridir. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Bakı Forumu regionun lider dövləti olan Azərbaycanın dünyanın siyasi-iqtisadi problemlərinin həllində söz sahibi olan dövlətə çevrilməsinin təsdiqi oldu. Prezident İlham Əliyevin 2003-cü ildə başlayan uğurlu daxili və xarici siyasəti özünün məntiqi nəticəsinə çatmaqdadır. Bu gün Azərbaycan dünya güclərinin hesablaşdığı və rəyin, maraqlarını nəzərə alacaq bir durumdadır.
Vüsalə Əsgərova
Bakı şəhəri Buzovna qəsəbəsi İ.Tağıyev adına 26 №li tam orta məktəbin informatika müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB