Rusiya-Ukrayna müharibəsində SON VƏZİYYƏT NECƏDİR? - POLİTOLOQ AÇIQLADI

Rusiya-Ukrayna müharibəsində SON VƏZİYYƏT NECƏDİR? - POLİTOLOQ AÇIQLADI

“Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi proqnozlaşdırılmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu müharibənin hələ aylarla hətta illərlə davam edəcəyi güman edilir: “Çünki Rusiyanın Ukrayna ilə müharibəyə başlaması üçün gətirdiyi səbəblər var ki, bu səbəblərlə bağlı hansısa bir "irəliləyişə" nail olunmadı. Ukrayna Qərb tərəfdən ciddi şəkildə dəstəklənir. ABŞ dəfələrlə Ukraynaya maliyyə və hərbi yardımlar göndərib. Məhz bu səbəbdən Ukrayna müqavimət və müdafiə imkanlarını da gücləndirir.

Hesab edirəm ki, bu prosesdə hansısa müsbət və köklü şəkildə irəliləyişə nail olmaq mümkün görünmür. Özəliklə Rusiya-Ukrayna müharibəsinin ilin sonuna qədər artan və azalan xətlə davam edəcəyini düşünürəm. Vəziyyətin stabilləşməsi isə müharibədən sonra baş verə bilər. Lakin post-müharibə dövründə Rusiya-Ukrayna əlaqələrini bərpa etmək və bu iki ölkə arasındakı bütün səviyyələrdə dialoqları normalaşdırmaq çox çətin görünür. Hazırki gün Rusiya-Ukrayna müharibəsində böyük səviyyəli danışıqlardan, pozitiv irəliləyişlərdən bəhs etmək yersizdir. Rusiya- Ukrayna müharibəsinin səbəb olduğu qlobal kataklizmlər də artıq hiss edilməyə başlanılıb”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə