“Şuşa Bəyannaməsi: - Əbədi birliyin möhürü” adlı tədbir keçirilib - FOTOLAR
YAP İmişli rayon təşkilatının “C.Cabbarlı” ərazi partiya təşkilatında Şuşa Bəyannaməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (İmişli rayonu üzrə nümayəndə) Nazim Əzimov, YAP fəalları iştirak ediblər. SİA-nın verdiyi məlumata ədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, 2021-ci il iyunun 15-i Azərbaycan tarixində ikinci əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.
Çıxış edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (İmişli rayonu üzrə nümayəndə) Nazim Əzimov və C.Cabbarlı Ərazi Partiya təşkilatının sədri Hürü Şirinova qeyd etdilər ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bu da o deməkdir ki, hər iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birinin yanında olacaqlar.
Digər çıxış edənlər Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB