Oğuz rayonunda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib ŞƏRH

Oğuz rayonunda Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib ŞƏRH

Oğuz rayonunda 15 İyun-Milli Qurtuluş günü ilə əlaqədar keçirilən tədbir, Ulu Ödər Heydər Əliyevin Oğuz rayonundakı abidəsini ziyarətlə başlayıb. Rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Hüquq mühafizə orqanlarının rəhbərlərinin, YAP Oğuz rayon təşkilatının sədrinin, icra aparatının əməkdaşlarının, idarə və təşkilatların rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov giriş sözü ilə açıb. Konfransda çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov 20-ci əsr Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan 15 iyun Milli Qurtuluş Gününün tarixindən, həmin dövrün reallıqlarına və tələblərinə uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından danışıb. Tədbirin davamında rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, təhsil işçisi Həqiqət Rəsulova Heydər Əliyevin gənclər və təhsil sahəsində gördüyü işlərə dair məlumat verərək, 1993-cü ilin 15 iyun tarixinin önəmini bir daha nəzərə çatdırıblar.

Zümrüd Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə