"Şuşa Bəyannaməsi olduqca mühüm tarixi hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Şuşa Bəyannaməsi olduqca mühüm tarixi hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Daha sonra Şuşa Bəyannaməsinin Türkiyə ilə birbaşa hərbi müttəfiqlik anlamına gəlməsini bildirən deputat qeyd edib ki, bununla da faktiki olaraq Azərbaycan ərazilərinə Ermənistandan səslənən iddialar mənasını itirmiş oldu: "Çünki, bölgədə yaranan yeni geosiyasi reallıq Ermənistan tərəfindəki revanşist qüvvələrin uydurduqları onsuz da əsassız olan arzularının gerçəkləşməsini daha da mümkünsüz etdi.

Bir il öncə imzalanmış Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinn deyil, eyni zamanda, regionun tərəqqisinə, sabitliyin bərqərar olunmasına, iqtisadi inkişaf və strateji baxımdan təhlükəsizliyinə xidmət edir. Bu gün artıq, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan Zəngəzur Dəhlizi tikintisinin sürətlə davam etdirilməsi, bu mənada, bəyannamənin real nəticələrindən biri kimi çox əhəmiyyətlidir.

Bundan başqa sənəddə türk dünyasının gücləndirilməsi, türk həmrəyliyinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də, medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəalar yer alır ki, bu da, bəyannamənin tarixiliyinə və əhəmiyyətinə dəlalət edən amillərdəndir.

Sonda K.Bayramov bütün bunlarla yanaşı Şuşa Bəyannaməsinin imzalanmasını və hər iki ölkə parlamentində alqışlanaraq patifikasiya olunmasını ölkəmizin toxunulmazlığına güclü və böyük Türkiyə dövlətinin vermiş olduğu ən yüksək dərəcədə siyasi dəstək olduğunu bildirib".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə