"Şəhid ailələrinə və qazilərə dəstəyin göstərilməsi əsas prioritet istiqamətlərindəndir" - DEPUTAT AÇIQLADI
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və apardığı xarici siyasət nəticəsində, həmçinin qazilərimizin və şəhidlərimizin qanı sayəsində 30 illik işğaldan sonra torpaqlarımız işğaldan azad olundu. 44 günlük vətən müharibəsindən sonra minlərlə şəhidimiz və qazilərimiz oldu”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.
Onun sözlərinə görə, bu gün dövlət tərəfindən şəhid ailələrinə və qazilərə dəstəyin göstərilməsi əsas prioritet istiqamətlərindəndir: “Onların mənzillərlə, maşınlarla təmin olunması, məişət şəraitinin yaxşılaşdırılması, qazilərin müalicəsi istiqamətində xeyli işlər görülüb. Burada müalicəsi mümkün olmayan qazilərimiz xarici ölkələrə göndərilir və müalicəsi orada davam etdirilir. Ölkə başçısı İlham Əliyev demək olar ki, hər gün bu qrupdan olan şəxslərlə bağlı tapşırıqlar verir, sərəncamlar imzalayır. Şəhid ailə üzvləri, onların övladları hər zaman diqqət və qayğı mərkəzindədir. Onların işlə təmin olunması üçün məşğulluq proqramları yaradılıb və bu məşğulluq proqramı ilə minlərlə qazi və şəhid ailə üzvləri işlə təmin olunub. Bütün sosial məsələlərdə bu təbəqədən olan insanlara hər cür xidmət göstərilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB