Yeni “Halqa” əməliyyatı keçirilsə...

Təkcə Laçın dəhlizinin bağlanmasından sonra proseslərin necə sürətlə və səmərəmizə dəyişəcəyini isə yenidən izah etməyə ehtiyac yoxdur

Keçmiş Şaumyan və Qasım İsmayılov, indiki Goranboy rayonu ərazisində silahlı separatçılara qarşı uğurlu əməliyyatı keçirilməsinin və onlarla silahlı quldurun məhv edilmələrinin üzərindən 30 il keçir və məsələ yalnız həmin əməliyyatın uğurla başa çatdırılmasında deyil, məsələ bu gün də Qarabağda qalan və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətləri altında hay-şivən salan separatçıların Azərbaycan torpaqlarına iddialarında, üstəlik, sərsəm bəyanatlar yaymalarındadır!

Separatçıların ayaqları yer almağa başlayır -Rusiya sülhməramlılarının gözləri önündə!

2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan üçtərəfli bəyanata rəğmən, orada qeyd edilən bəndlərin bir çoxu hələ də yerinə yetirilməmiş qalmaqdadır.

Ancaq daha bir fakt ondan ibarətdir ki, bu günün özündə də Ermənistan rəhbərliyi qanunsuz olaraq Qarabağa maliyyələr ayırır, eyni zamanda, Xankəndi də daxil olmaqla RSK-nın nəzarəti altındakı ərazilərdə yeni binalar, evlər inşa edilir, infrastrukturlar qurulur, eləcə də hərbi məqsədli səngərlər qazılır, istehkamlar tikilir, hərbi hissələr, silah-sursat bazaları isə qalmaqda davam edir və bütün bunlar bilavasitə (!) separatçıların, onların Ermənistandakı havadarlarının cəhdləri hesabına baş verir və ən əsası – RSK (daha dəqiq desək Rusiya) üzərinə götürdüyü missiyasını doğru-dürüst yerinə yetirmir.

Belə olan halda isə separatçıların ayaqları necə deyərlər, yer almağa başlayır. Bəs növbəti addım necə atılmalıdır, nə edilməlidir ki, bu məsələyə birdəfəlik son qoyulsun?

Azərbaycan xalqı belə quldurlarla çiyin-çiyinə yaşaya bilməz və əlbəttə ki, bunu da istəmir də!

Məhz bu yazını da Goranboyda 30 il əvvəl erməni separatçılarına qarşı keçirilmiş uğurlu əməliyyatla bağlı əlaqələndirmədim. Məsələ ondadır ki, həmin əməliyyatın otuzuncu ildönümü ilə bağlı Xankəndidəki separatçılar öz təbirlərincə “bəyanat” yayıblar və nəinki işğaldan azad etdiyimiz ərazilərimizə, eləcə də digər ərazilərimizə qarşı da iddialarla çıxış ediblər.

Bu baxımdan, separatçıların “bəyanatlarını” hərəkətə keçmək siqnalı ilə də əlaqələndirmək olar. Xatırlayırsınızsa, uğurlu Fərrux əməliyyatında Azərbaycan Ordusu mövqelərini müəyyənləşdirdi və görünür, növbəti belə bir qətiyyətli addımın atılmasının vaxtı çatıb. Çünki bu uşaq qatilləri və quldur yığnağı heç vaxt, heç nəyə öyrənmirlər və mütləq (!) mənada başları əzilməlidir. O cümlədən, Azərbaycan xalqı belə quldurlarla çiyin-çiyinə yaşaya bilməz və əlbəttə ki, bunu da istəmir də!

Artıq bu terrorçularla birdəfəlik işi bitirməyin zamanıdır!

Biz bu ikiayaqlı çaqqalların “Paşinyan olmasa idi Azərbaycan Silahlı Qüvvələri Ağdamı, Kəlbəcəri, Laçını geri qaytara bilməzdilər” fikirlərindən də nəticə hasil etməliyik. Görünür, bu tör-töküntülər “məğlubedilməz erməni ruhu” nağıllarına o qədər aludə olublar ki, hələ də bu yuxularından ayıla bimlirlər. Buna görə də azad edilmiş Şuşa şəhərinin hələ də “döyüşsüz təhvil verildiyini” ulayırlar (?!)

Və artıq bu terrorçularla birdəfəlik işi bitirməyin zamanıdır. Azərbaycanın suveren ərazilərində separatçılar olmamalıdır! RSK isə qoy özünün müvəqqəti kazarmalarında otursun və artıq birmənalı tələbata çevrilən antiterror əməliyyatlarının keçirilməsinə, ərazilərimizin separatçılardan, quldurlardan təmizlənməsinə mane olmasın, Azərbaycan əsgərinin əl-ayağına da dolaşmasın. Və yekunda – artıq Laçın dəhlizinin bağlanmasının, quldurlar şaykasının isə haqq elədikləri cəzalardan yayınmamaları üçün ələ keçirilmələrinin zamanıdır.

Vaxtilə Xocalı qatillərindən olan Arkadi Ter-Tadevosyan qaçmağı bacarmışdı və Qarabağın azad edilməsini gözləri ilə gördükdən sonra təəssüf ki, təbii yolla gəbərdi. Ancaq yerdə qalanlara da bu fürsəti vermək olmaz. Təkcə Laçın dəhlizinin bağlanmasından sonra proseslərin necə sürətlə və səmərəmizə dəyişəcəyini isə yenidən izah etməyə ehtiyac yoxdur...

Rövşən RƏSULOV

P.S. Hətta yeni “Halqa” əməliyyatının keçirilməsi də, əslində, uğurlu və əlverişli ideya olardı...

Bütün xəbərlər Facebook səhifəmizdə