“Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin əlaqələrinin zirvəsidir” - SABİQ SƏFİR AÇIQLADI

“Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin əlaqələrinin zirvəsidir” - SABİQ SƏFİR AÇIQLADI

“Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin rəsmi sənədidir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, 15 iyun 2021-ci ildə tarixi şəhər olan Şuşada tarixi sənəd imzalanıb: “Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan müttəfiqliyinin əlaqələrinin zirvəsidir. Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan münasibətləri üçün yeni bir dönəmin başlanğıcıdır. Bu sənəd həmçinin dərslik kimi məktəblərdə keçirilməlidir. Şuşa bəyannaməsi iqtisadi, siyasi, hərbi, mədəni, bir sözlə bütün sahələrdə bir yol xəritəsidir.

Şuşa bəyannaməsində iki əsas məqam var. Birincisi iki ölkənin təhlükəsizliyi təmin olunmalıdır. Yəni Türkiyəyə hər hansı bir hərbi hücum olarsa, Azərbaycan Türkiyənin, Azərbaycana hər hansı bir hərbi hücum olarsa, Türkiyə Azərbaycanın yanında olacaq. İkinci məqam isə Zəngəzur dəhlizi ilə əlaqədardır. Zəngəzur dəhlizinin açılması ilə birlikdə həm Azərbaycan və Türkiyə, həm də bölgə üçün böyük əhəmiyyətə malikdir. Şuşa bəyannaməsi hər iki qardaş ölkə üçün çox mühüm əhəmiyyətə malik bir sənəddir. Bu bəyannamə Türkiyə və Azərbaycan arasında bu günə qədər imzalanan müqavilələri özündə cəmləyir”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə