Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişafın sarsılmaz təməlləri qoyuldu ŞƏRH
1988-ci ildən başlayan və keçmiş SSRİ Respubilkalarının bir çoxunu əhatə edən milli və etnik zəmində baş vermiş süni münaqişələr son nəticədə SSRİ-nin çöküşü ilə nəticələndi. SSRİ-nin süqutu ümumilikdə müsbət hadisə kimi qiymətləndirilsə də, ittifaqın tərkibində olmuş bir sıra xalqlara, o cümlədən, Azərbaycan xalqına böyük faciələr yaşatdı. Moskvanın və digər güc mərkəzlərinin xeyir-duasını, hər cür dəstəyini alan ermənilər müxtəlif uydurma bəhanələrlə Azərbaycanın ayrılmaz hissəsi, əzəli torpaqlarımız olan Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmaq üçün əməli fəaliyyətə keçdilər. Əvvəldən hazırlanmış ssenari üzrə ayrı-ayrı dövlətlər üçün müxtəlif mərhələləri əhatə edən ilham prosesini reallaşdırmağa başladılar. Həyata keçirilən prosesin bütün detalları haqqında məlumat verməklə kifayyətlənməyi məqbul hesab edirəm. Erməni və onların havadarlarının beyin mərkəzlərinin hazırladığı ssenari üzrə həyata keçirilən prosesi şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar:
1) Ermənistanda və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində milli münaqişəyə hazırlıq üçün əvvəlcədən müyyənləşdirilmiş şəxslər tərəfindən təbliğat kampaniyasının aparılması, qızışdıracaq materialların yayılması, etirazçı kütlənin formalaşdırılması;
2) Ermənilərin etiraz mitinqlərinin keçirilməsi azərbaycanlı əhaliyyə qarşı təzyiq və təqiblərin təşkili;
3) Ermənistan və Qarabağ Muxtar Vilayətinin qarışıq yaşayış məntəqələrindən azərbaycanlıların deportasiya olunması,Yuxarı Qarabağda fəaliyyət göstərən sənaye obyektlərinin Ermənistana tabe edilməsi, dövlət orqanlarının Azərbaycan tabeliyindən çıxarılması və xüsusi silahlı qüvvələrin formalaşdırılması;
4) Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin və ətraf rayonların işğal edilərək azərbaycanlı əhalinin daim yaşayış yerlərindən didərgin salınması.
Yuxarıda qeyd olunanların həyata keçirdiyi fəaliyyətinin qısa xülasəsidir.
Azərbaycanda baş verənlərə nəzər salsaq görərik ki, xalqımıza və ərazilərimizə qarşı aparılan mənfur siyasətin qarşısının alınması istiqamətində təsirli tədbirlər görmək əvəzinə hakimiyyət uğrunda mübarizə gedir, Vəzirov və Mütəllibov hakimiyyətdə qalmağın yeganə yolunu Moskvanın buyruqqulu olmaqda görür, özlərini demokratik qüvvələr adlandıranlar isə mövcud hakimiyyəti iflic edib. Özlərinin iqtidara gəlməsi məqsədini güdürdülər. Onlar bu yolda hər cür naxələfliyə belə hazır idilər. Hakimiyyət uğrunda çəkişmə, xalqın və vətənin taleyinə biganəlik mənfur erməni siyasətinin reallaşdırılmasına imkan verdi, torpaqlarımız bir –birinin ardınca işğal edildi, millətimiz Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarını yaşadı, bir milyondan artıq soydaşımız dədə-baba yurdundan didərgin düşdülər. Bunlar az imiş kimi Vətəndaş müharibəsi reallıq idi.Gəncədə silahlı qüvvələr artıq üz-üzə dayanmışdı, hər iki tərəfdən qan tökülmüşdü, 20-dən artıq insan qətlə yetirilmişdi. O dövrkü hakimiyyət vəziyyətdən çıxış yolunu tapmadığına və şəxsi həyatları üçün təhlükə yarandığına görə Ulu Öndər, xalqımızın Ümummilli Lideri Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldılar. Ulu Öndərimiz 1993-cü ilin iyun ayının 9-da Naxçıvandan Bakıya gəldi. O Gəncəyə etdiyi iki səfərlə başlanmış vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. O dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü təmsilçiləri ən azından Surət Hüseynov təhlükəsindən onların şəxsi həyatlarını xilas etdiyinə görə Ulu Öndər Heydər Əliyevə minnətdar olmaq əvəzinə, cəmiyyətdə pozuculuq fəaliyyəti göstərməklə ümumi işə əngəl törətməyə əngəllər törətməyə cəhdlər etdilər, yenidən hakimiyyətə qayıtmaq üçün bütün üsullardan istifadə etdilər.
Azərbaycanda marağı olan xarici qüvvələrin dəstəyi ilə 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdlər edildi. Ulu Öndərimizin şəxsi həyatına qarşı sui-qəsd planlarından belə istifadə edildi, Heydər Əliyevə xəbərdarlıq və Azərbaycanın müstəqil aparılmasından çəkindirmək məqsədilə Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətlə yetirildi. Bütün maneələrə, təzyiqlərə, şəxsi həyatına qarşı təhlükələrə baxmayaraq, Ulu Öndər Heydər Əliyev xalqımızdan aldığı dəstəyə arxalanaraq, şəxsi qabiliyyətinə, uzunmüddətli dövlətçilk təcrübəsinə, idarəetmə bacarığına, beynəlxalq səviyyədə malik olduğu nüfuzuna, xalqına və vətəninə sonsuz məhəbbətinə, Allahın bütövlüyünə söykənərək xalqımızı və dövlətimizi düçar edildiyi bəlalardan xilas edə bildi.
İlk öncə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ayrı-ayrı şəxslərə tabe olan başıpozuq silahlı dəstələr ləğv edilərək əvəzinə vahid komandanlığa tabe olan Silahlı Qüvvələr yaratmaqla torpaqlarımızın ermənilər tərəfindən işğalının qarşısı dayandırıldı, ermənilər atəşkəsə razılaşmalarına nail olundu, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər quruldu, Azərbaycanın iqtisadi inkişafının təməlində dayanan “Əsrin Müqaviləsi” adlandırılan böyük Neft Kontraktının imzalanması reallaşdırıldı, Azərbaycanın siyasi-iqtisadi inkişaf strategiyası müəyyənləşdirildi, müstəqil dövlətin əsas atributlarından olan qanunvericilik bazasının əsasını təşkil edən müasir dünyanın tələblərinə uyğun olan ilk Konstitusiyası qəbul edildi, bütün sahələrdə islahatlar həyata keçirildi. İqtisadi sahədə dirçəlişə nail olmaq üçün dövlət mülkiyyətində olan, iqtisadi əlaqələrin kəsilməsi, yeni idarəetmə strukturuna uyğun olmayan müəssisələrin, sənaye və ictimai iaşə, ticarət obyektlərinin və s. özəlləşdirilməsi həyata keçirildi. Aqrar sahədə böyük islahatlar aparıldı, torpaq üzərində üç mülkiyyət növü müəyyənləşdirildi - dövlət, bələdiyyə, şəxsi mülkiyyət.
Digər sahələrdə olduğu kimi, iqtisadi sahədə aparılan düzgün islahatlar öz müsbət nəticələrini göstərdi. İlbəil iqtisadi artım tempinə nail olundu. Azərbaycanın xarici dairələrin təsirinə baxmayaraq karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması istiqamətində qətiyyətli addımlar atıldı, böyük layihələr icra olundu. Bakı-Tbilisi-Subsa Neft Kəməri tikilməklə Azərbaycan nefti dünya bazarına çıxarıldı. Azərbaycan elektrik enerjisi sahəsində xarici asılılığı aradan qaldırdı. Azərbaycan elektrik enerjisi idxal edən dövlətdən, ixrac edən dövlətə çevrildi. Əldə olunmuş valyuta hesabına Azərbaycan böyük həcmli infrastruktur layihələri icra edildi, abadlıq və yenidənqurma işləri həyata keçirildi. Ulu Öndərimiz Heydər Əliyev müəyyənləşdirdiyi siyasi kursu cənab Prezident İlham Əliyev tərfindən uğurla davam etdiriləcək, ilbəil yeni uğurlar əldə ediləcək. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, cənab Prezidentimiz İlham Əliyev tərəfindən müasirləşdirilən Azərbaycan Ordusunun qüdrəti ilə torpaqlarımız işğaldan azad edildi. İşğaldan azad edilmiş torpaqlarımızın malik olduğu potensial və təbii resurslar hesabına iqtisadiyyatımıza yeni imkanlar qazandırıldı. Xalqımızın növbəti illərdə daha firavan yaşayacağına əminik.
Yaşasın Ulu Öndərimizin qurduğu müasir, müstəqil Azərbaycan!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB