"Bakımız dünyanın əfsanəvi bir şəhərinə çevriləcək” - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və göstərişi ilə Bakı şəhərində çoxsaylı gözəl parklar və yaşıllıq zonaları inşa edilir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
Onun sözlərinə görə, öklə başçısı İlham Əliyev Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkında yaradılan şəraitlə tanış olub: ”Paytaxtımıza gələn xarici turistlərin Bakını dünyanın ən gözəl şəhəri adlandırmasında salınmış bu parkların mühüm rolu var. Yeni parkların və istirahət guşələrini cazibədar edən bu parklar yaşıllıqlar içərisində inşa edilmişdir. Bu da şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin, qonaqların marağına səbəb olur, onlara böyük zövq verir. Asudə vaxtlarını gözəl keçirmələrinə şərait yaradır. Digər tərəfdən parkların salınması və bu cür böyük sahələrdə ağacların və yaşıllıqların yaradılması ekologiyamıza da öz müsbət təsirini göstərir. Yaxın zamanlarda Bakımız dünyanın ən gözəl parkları və xiyabanları ilə məşhur olan əfsanəvi bir şəhərə çevriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB