"Rusiya və Türkiyə Cənubi Qafqazda prosesləri necə davam etdirmək barədə razılığa gəliblər". SİA xəbər verir ki, bunu çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Rusiya tərəfi hər iki prosesə hər cür dəstəyi verməyə davam edir, buna görə ona təşəkkür etmək istəyirəm”, - Çavuşoğlu bildirib.
Lavrov da öz növbəsində qeyd edib ki, Rusiya və Türkiyə Cənubi Qafqazda işləməyi necə davam etdirmək barədə razılığa gəliblər: “Bilirsiniz ki, Türkiyənin təşəbbüsü ilə üç Cənubi Qafqaz ölkəsi və onlara qonşu olan Türkiyə, Rusiya və İranın iştirakı ilə 3+3 formatı yaradılıb. Biz artıq Moskvada ilk görüşü keçirmişik, gürcü həmkarlar iştirak edə bilmədilər, lakin biz onları həmişə görməyə şad olacağımızı vurğulayırıq. Növbəti görüş çox yaxın vaxtlarda hazırlanır və ümid edirəm ki, biz bunu elan edə biləcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB