Məqaləni Ulu Öndər Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: “Azərbaycanın enerji potensialı bütün dünyada iqtisadi sıçrayış üçün təsirli stimul ola bilər!” Enerji bəşəriyyətin varlığının əsas amilidir. Bəşər cəmiyyətinin tarixi formalaşması ocağın istisi ilə başlayır və elektrik generatorları ilə başa çatır. Sosial-iqtisadi inkişaf enerjinin inkişafı ilə bağlıdır. Əhali artır, enerji istehlakı da artır, yanacaq ehtiyatları isə azalır. Təbii ki, bütün bunlar insan fəaliyyətinin ətraf mühitə mənfi təsiri nəticəsində baş verir. Elektrik enerjisi sənayesi iqtisadiyyatın əsas sahəsidir, çünki o, əhalinin və xalq təsərrüfatının tələbatını elektrik və istilik enerjisi ilə təmin edir, digər qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Bu sənayenin düzgün işləməsi iqtisadiyyatın inkişafında mühüm amillərdəndir. Son dövrlərdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və cənab prezidentimiz, ali baş komandanımız İlham Əliyevin sayəsində elektroenergetika sənayesində sənayenin dövlət tənzimlənməsi sistemi dəyişib.
Müasir enerji texnologiyasında neft və ətraf mühitin kimyəvi çirklənməsini məhv edən bioyanacaqlardan istifadə olunur. Hazırda alimlər osmos effektindən enerji sektorunda, su elektrik stansiyalarının istismarında istifadə edirlər. Stansiyalarda şirin və duzlu su arasındakı təzyiq fərqi turbinlərin fırlanmasına və elektrik enerjisi istehsal etməsinə səbəb olur ki, bu da su elektrik stansiyalarının tikintisindən xeyli ucuz başa gəlir. Elm adamları enerjini naqilsiz məsafəyə ötürmək məsələsi ilə - "enerji İnterneti" ilə məşğul olmağa başladılar. Misal üçün simsiz smartfon şarj cihazını göstərmək olar.
Cənab Prezident İlham Əliyev: “Azərbaycan müstəqillik illərindən öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda təlabatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb. Həmçinin bildirmək istərdim ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenizə qazanmış, bir çox çətinliklərlə üzləşmiş əzarisini əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətini cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək memken olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”.80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda yeni iqtisadi-maliyyə münasibətləri, infrastruktur yaratmaq zərurəti yarandı. Xarici dövlətlərlə əlaqələrin qurulması xammal və materialların ixracına səbəb oldu. Ermənistanla ölkədə hərbi əməliyyatların dayandırılması ilə bağlı müqavilə imzalandıqdan sonra asayişin və sabitliyin bərpasına başlandı, xaricdən sərmayələr axını başlandı. 1999-cu ildə hökumətin səyləri nəticəsində elektrik enerjisi istehsalı artdı, ölkənin enerji sisteminin gücü artmağa başladı, enerji müəssisələrinin köklü modernləşdirilməsi layihələri həyata keçirilməyə başlandı, Azərbaycanın enerji sisteminin beynəlxalq elektrik əlaqələri quruldu. Hazırda elektrik stansiyaları tikilib ki, bu da elektrik enerjisi istehsalını artırıb. Ölkə iqtisadiyyatının elektrik enerjisi sənayesində təmin edilməsi zərurəti elektrik enerjisi sənayesi iqtisadiyyatının əsas vəzifəsidir. Bundan əlavə, dövlətin enerji təhlükəsizliyini də unutmaq olmaz ki, burada əsas vəzifə enerji ehtiyatlarının emalı, istehsalı, istifadəsi, idxalı və ixracıdır.Azərbaycan Respublikasının enerji sənayesi Qafqazda əsas sənayedir. SSSR-ri dağıldıqdan sonra hər bir respublikanın hökuməti öz ölkəsini ayağa qaldırmağa çalışırdı. Belə çətinliklər Azərbaycanda da oldu. Qeyd etmək vacibdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan böyük uğurlara imza atmışdır. 1990-cı illərin əvvəllərində sənayenin və iqtisadiyyatın bütün sahələrində, o cümlədən energetikada dağıdıcı proseslər dayandırıldı. Təbii ki, Azərbaycanda elektrik stansiyaları hələ sovet dövründə - Cənubi Qafqazda 2400 MVt gücündə "Azərbaycan" EEE, 402 MVt gücündə Mingəçevir SES-i tikilib. 2020-ci ildə Azərbaycanda elektrik stansiyalarının gücü 7621,6 MVt idi.Bildiyimiz kimi, mənfur düşmən torpaqlarımızda 30-dan çox elektrik stansiyasını dağıdıb. 2021-ci ildən bu stansiyaların bərpasına başlanılıb və beş stansiya gücü 27 meqavata çatdıralaq “Azərenerji” tərəfindən bərpa ediləcək.
Bu işdə cənab prezidentimiz, Ali baş komandanımız İlham Əliyev Azərbaycanın yerli sahibkarlarını fəal olmağa dəvət edib.“Eyni zamanda İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azan olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğunu hesab edirik. Burada söhbət külək və günəş enerjisindən gedir. Buraya hidroelektrik enerjini əlavə etsək, -hansı ki, onun da böyük potensialı var, - buraya daha 1000 meqavat və ya artıq güc əlavə etmək olar”.Son illərin ən mühüm hadisəsi də Cənub Qaz Dəhliz layihəsinin baş tutmasıdır. “Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm də tərəfdaşlarımız üçün zəruridir. Biz hasilatın və ixracımızın artırılmasına müvəffəq olduq. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq”.İyunu 1-dən 4-nə kimi davam edən Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etmişdir. Bu ölkələr arasında Türkiyə, Gürcüstan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, və s. ölkələr yer alıb. Bu möhtəşəm tədbir eyni zamanda - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu birləşdirdi. Forumun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutması böyük qürurvericidir.
Şəhla Xəlilova
YAP Yasamal rayon təşkilatının AMEA Fizika İnstitutunun ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB