Vətən müharibəsi şəhidi Rauf Əliyevin doğum günündə xatirəsi anılıb FOTOLAR
Nəsimi rayonunda Vətən müharibəsi şəhidi Əliyev Rauf Səxavət oğlunun doğum günündə əziz xatirəsi yad olunub. Bununla əlaqədar olaraq, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Millət vəkilləri Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev, rayonun idarə və təşkilatlarının rəhbərləri, şəhidin döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə əklil qoyub, ruhuna dualar oxuyublar.Sonra tədbir iştirakcıları - Azər Süleymanov, Asif Əsgərov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, tələbə dostları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edildiyi, onların əziz xatirələrinin daim uca tutulduğu diqqətə çatdırılıb.Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılan Rauf Əliyev Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, 22 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlər zamanı şücaət göstərərək qəhrəmancasına vuruşaraq şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum sərəncamlarına əsasən Əliyev Rauf ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB