Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin tviter səhifəsindəki paylaşımda qeyd olunub.
“Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki qrdaş ölkə arasında münasibətləri bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.
Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB