Ölkəmizin Avropa enerji təminatının şaxələndirilməsində mühüm əhəmiyyətə malik lider ölkədir. Azərbaycan tranzit ölkə olaraq beynəlxalq aləmdə reallaşdırdığı layihələrlə körpü roluna yeni-yeni əlavələr edir. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Ölkəmizin həyata keçirdiyi xarici siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyətə görə ölkəmiz etibarlı müttəfiq imicini artıq yaradıb. Azərbaycan nefti respublikamızın ən zəngin təbii sərvətidir. Neft ölkəmizin iqtisadiyyatının inkişafında əvəzsiz rola malikdir.
İyunun 1-də Bakı şəhərində öz işinə başlamış Bakı Enerji Həftəsi çərçivəsində ölkəmiz üçün xüsusi əhəmiyyətə malik olan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu sahədə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu imkan vermişdir ki, bu sahəyə diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etmiş, həyat keçirilən bir çox layihələr həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir.
Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış platforması olan bu ilki sərgidə 31 ölkədən 250 şirkət iştirak etdi. Beynəlxalq sərgi Xəzər regionunun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini bir araya gətirdi.
Cənab Prezident İlham Əliyev öz çıxışında bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələlərinə də toxunaraq respublikamızda yenilənən enerjinin reallaşdırılmasının mühüm önəm daşıdığını da diqqətə çatdırdı və artıq bu sahədə ciddi işlər görüldüyünü qeyd etdi. Çıxışı zamanı ölkə başçısı bildirdi ki, “Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib. Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır. Çünki biz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindəyik.”
Mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi Azərbaycan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxşında da Möhtərəm Prezidentimiz xoş gələcəyə hesablanmış uzaqgörən fikirlər səsləndirdi. Bildirdi ki, biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, həm də elektrik enerjisi üçün mühüm ixraç marşurutu ola bilər. Biz bu işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktik addımlar atırıq. Vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq.
Azərbaycan istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırdır. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialının gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış enerji strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir. Bu enerji strategiyası beynəlxalq aləm üçün mühüm əhəmiyyətə malikdir. Ölkə Prezidentimizin cəsarətli islahatları nəticəsində neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər bundan sonra da iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldiləcəkdir ki, bu da ancaq və ancaq Müstəqil Azərbaycanımızın, müdrik xalqımızın xoş, firavan gələcəyinə xidmət edəcəkdir.
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsul əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə