"Erməni vəhşiliyinin həddi-hüdudu yoxdur. Bunu bir çox məsələlərdə o cümlədən jurnalistlərin işğaldan azad olunan torpaqlarda minaya düşməsi ilə də sübut etmək olar". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Kəlbəcərdən çıxmaq üçün Azərbaycandan əlavə 10 gün istəyən Ermənistan həmin o gün müddətində yolları, infrasturuktur xəttlərini eyni zamanda gələcəkdə azərbaycanlıların ayaq basacağı bir çox sahələri minaladı: "İki Azərbaycanlı jurnalist öz peşəsini yerinə yetirərkən dünyasını dəyişdilər. Bunun özü bir daha Ermənistanın Azərbaycan torpaqlarına olan işğalının bariz nümunəsidir. İndiyənə qədər minalanmayan sahələrdə 200-dən çox Azərbaycan vətəndaşı zərər çəkərək, həyatlarını itirdilər. Çox təəssüf ki, bu hadisələr hələ də davam edir. Azərbaycan jurnalistlərinin həlak olması təssüf ki, dünyanın müəyyən dairələri tərəfindən lazımınca qiymətləndirilmədi. Başqa vaxtı heç bir səbəbi olmadığı halda Azərbaycanı ittiham edənlər, nədənsə iki azərbaycanlı jurnalistin həlak olmasına görə Ermənistanı qınamaqdan, bu hadisənin səbəbkarlarını siyasi və hüquqi cəhətdən ittiham etməkdən çəkindilər. Bunun özü göstərir ki, Ermənistan işğal məsələsində çox təssüf ki, bir sıra dairələrə sığınırdı. İndi də həmin dairələr Ermənistanı işğala görə, ittiham etməkdən çəkinirlər. İki azərbaycanlı jurnalistin adı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı. Onlar əvvəldən də öz sahələrində vicdanlı, məsuliyyətli, dövrün aktual məsələlərinə münasibət bildirən bir ziyalı kimi tanınırdılar. Onların igidlikləri cənab Prezident tərəfindən də yüksək qiymətləndirildi. Onların xatirəsi bizim üçün hər zaman əziz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB