Erməni polisləri Qarabağda öldürülmüş hərbçinin atasını döydülər, şəklini cırdılar İRƏVANDA+FOTO

Erməni polisləri Qarabağda öldürülmüş hərbçinin atasını döydülər, şəklini cırdılar İRƏVANDA+FOTO

“Ötən gün İrəvanın Proşyan-Demirçyan küçələrinin kəsişməsində polis 44 günlük müharibədə öldürülmüş erməni hərbçisinin atası Haykaz Mkrtçyana qarşı aşırı güc tətbiq ediblər”. SİA xəbər verir ki, bu barədə “Aysor” erməni xəbər agentliyi yazır. Agentlik qeyd edir ki, Mkrtçyanın qızının sözlərinə görə, polislər atasının üzərində ölmüş oğlunun şəkli olan köynəyini cırıblar. “Mənim atam deyəndə ki, oğlu minlərlə türkü öldürüb, qara berertlər geyinmiş xüsusi təyinatlılar atama qarşı ölüçyəgəlməz zor gücü tətbiq ediblər. Əvvəlcə üzərində Haykın (ölmüş oğlu) şəkli olan köynəyini cırıblar, sonra onu yerə yıxaraq döyməyə başlayıblar. İnsidentdən sonra biz hadisə yerinə getdik və istintaq orqanlarının həmin köynəyi tapdıqlarını gördük. Onlar müvafiq fəaliyyət göstərəcəklər”, deyə Qarabağda gəbərdilmiş erməni həbrçisinin bacısı qeyd edib.

Xatırladaq ki, iyunun 3-də baş vermiş qarşıdurmalarda mülki insanlarla yanaşı polislər də xəsarət alıblar. Ümumilikdə tibb müəssisələriə 60 nəfər müraciət edib ki, onlardan 39 nəfəri polislərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə