Araikin “partiyasında” ziddiyyətlər baş verir "PAST"

Araikin “partiyasında” ziddiyyətlər baş verir "PAST"

Ermənistanın “Past” nəşri öz mənbələrinə istinad edərək yazır ki, Qarabağ separatçılarının quldurbaşısı Araik Arutyunyanın “Azad vətən” adlı qondarma “partiyasında” ciddi fikir ayrılıqları yaşanır. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, ziddiyyətlər qondarma rejimin “parlament fraksiyalarında” da mövcuddur.

“Mənbələrimizin verdikləri xəbərlərə görə Arutyunyanın partiyasında Ermənistanın “antiartsax” siyasətinə qarşı ciddi narazılıqlar var. Lakin onlara tapşırılıb ki, sərt ritorikalardan istifadə etməsinlər və Nikol Paşinyanın ünvanına mümkün qədər yumşaq münasibət sərgiləsinlər”, deyə yazan erməni nəşri qeyd edir ki, Arutyunyanın özü bu məsələdə kifayət qədər ciddi yanaşmalar edir və Ermənistan hakimiyyətinin ünvanına yumşaq ritorika ilə çıxış edir. Ancaq onun “partiyadaşları” bunu doğru hesab etmirlər və əllərinə düşən hər imkanlarında Paşinyana qarşı sərt ifadələr işlədirlər. Bu isə separatçıların arasında yeni ziddiyyətlərin yaranmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə