Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Bugünkü Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini xarakterizə etmək üçün son illərdə Azərbaycanda enerji sahəsində uğurlu nəticələrin əldə edilməsini, bu inkişaf üsulunun dünyaya yeni “Azərbaycan modeli” kimi tanınmasını vurğulamaq kifayət edər. Cari ilin 1 iyun tarixində Bakı Enerji həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev müstəqillik illərində Azərbaycanın öz enerji təhlükəsizliyinə sərmayə yatıraraq daxili bazarda tələbatlarını tam ödəməklə yanaşı digər ölkələrin də enerji təhlükəsizliyində mühüm rol oynamağa çalışdığını qeyd etdi. Azərbaycanın müstəqillik dövrü ərzində bütün əldə etdiyi uğurların əsasında iqtisadiyyatın inkişafın dayanması hakimiyyətə gəlişinin ilk anlarından Ulu Öndər Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisinin necə uzaqgörən bir siyasətin məhsulu olduğunu görərik. Ölkəyə ikinci dəfə rəhbərliyinin ilk günlərindən iqtisadi cəhətdən xaos şəklində idarəçilik sisteminə malik, yalnız idxalçı dövlət rolunu oynayan, sənayenin, kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın bütün sahələrində tənəzzülün hökm sürdüyü Azərbaycanda neft-qaz resuslarından istifadə etməkləneft sektorunun inkişafı məsələsinə önəm verməkləqısa zaman ərzində Azərbaycana ixracatçı dövlətə çevirən neft-qaz boru kəmərlərinin çəkilişi və istifadəsi layiələrini təsdiqlədi.

1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı. Bu strategiyanın əsas müddəaları bundan ibarət idi ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnika və texnologiyanın köməyi ilə hasilatı, xarici bazarlara ixrac olunması, satışı və bu sahədən əldə olunan gəlirlər onun demək olar ki, bütün problemlərinin həlli üçün əsas ola bilər.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra müqavilə çərçivəsində hasil olunacaq neftin Qərb bazarlarına nəqli marşrutu aktuallaşdı. Regionda cərəyan edən proseslər, Rusiya-Ukrayna müharibəsi, Qərbin Rusiya nefti və qazından asılılığının aradan qaldırılması cəhdləri Avropa qitəsinin Azərbaycan nefti və qazına olan tələbatı artırmaqla həm Qərb, həm də Azərbaycan üçün zəruri olan təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsinin zəruriliyini artırmışdır. Azərbaycanın həyata keçirdiyi layihələrin uzunömülü və uğurlu olmasının digər səbəbi isə tərəfdaşlıq etdiyi ölkələrlə etibarlı əməkdaşlıq nümayiş etdirməsidir.
Əməkdaşlığın əsasında isə Azərbaycanın etibarlı tərəfdaş imici formalaşdırması, iştirak etdiyi bütün layihələrdə öhdəliklərə ciddi yanaşması ilə xarakterizə olunur. Son illərdə beynəlxalq aləmdə elə bir mötəbər tədbir yoxdur ki, Azərbaycan orada əsas iştirakçı kimi iştirak etməsin. Bir çox tədbirlərə ev sahibliyi edən Azərbaycan Prezidentinin cənab İlham Əliyevin verdiyi qərarlar, təkliflər ölkəmizin lider rolunu yüksəltmişdir. Sosial-iqtisadi layihələrdə etibarlı tərəfdaşlıq etməklə beynəlxalq aləmdə müsbət imic formalaşdıran Azərbaycanla hərbi-təhlükəsizlik sahəsində də əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Bu baxımdan, Azərbaycanın son illər dünya enerji satışı bazarında çəkısınin və rolunun xeyli dərəcədə artması Avropa dövlətlərinin respublikamızla bu sektorda sıx əməkdaşlıq etmək marağını daha da gücləndirmişdir. Həyata keçirilən enerji layihələri, düzgün xarici siyasət, Azərbaycan şirkətlərinin beynəlxalq şirkətlərlə, xüsusilə SOCAR-ın BP ilə strateji əməkdaşlığı ölkəmizin daxili inkişafını sürətləndirəcək. Artıq öz təsdiqini tapmış enerji layihələri Azərbaycanda bundan sonra da quruculuq işlərinin davam etdiriləcəyinə əminlik yaradır.

Arzu Cahangirova

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə