“Ermənistan hakimiyyəti baş verənlərdən özü üçün dərs götürdü” AÇIQLAMA
“Aprel ayının sonlarından başlayaraq Ermənistanda xarici dairələr tərəfindən xüsusilə də, Şimal qonşumuz tərəfindən dəstəklənən mövcud hakimiyyətə qarşı etiraz aksiyaları tədricən səngiməyə doğru gedir. Çünki aksiyalar başlayarkən də bəyan etdiyimiz kimi, aksiyaların məqsədi heç də Ermənistanda mövcud hakimiyyəti devirmək deyildi. Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyətə meyilli olan mövcud hakimiyyətə təzyiqlər etməklə bu ünsiyyətin, formatın sıxışdırılıb sıradan çıxarılmasına hədəf götürmüşdür”. Bunu SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, rəsmi Kremlin Ermənistan hakimiyyətinə təzyiq etməklə əldə etmək istədiyi nəticələrə böyük mənada nail olundu. Çünki bildiyiniz kimi, aprel ayının 6-da Brüsseldə keçirilən üç tərəfli görüşdə sonra Ermənistanın üzərinə kifayət qədər ciddi öhdəliklər qoyulmuşdur. Bu öhdəliklər üzrə Ermənistan bəzi zəruri praktik addımlar atmaq məcburiyyətində idi. Xüsusilə də, Ermənistan və Azərbaycan arasında birbaşa əlaqələri özündə əks etdirən sərhədlərin delmitasiyası ilə bağlı işçi qrupunun və ilk görüşün keçirilməsi razılaşdırılmışdı. Məhz həmin təxribatlar fonunda Ermənistan hakimiyyəti belə kardinal gedişlər etməkdən çəkindi. Nəticə etibarı ilə may ayının 22-də yenidən Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşə qədər demək olar ki, Ermənistan - Azərbaycan arasında münasibətlərin tənzimlənməsində irəliliyə ciddi bir nəticə əldə olunmadı”.
A.Əliyev bildirdi ki, Rusiya Ermənistandakı əlaltıları olan Köçaryan və Sarkiyanın tərəfdarlarını aktivləşdirməklə mövcud hakimiyyətə təzyiqlər etmək və onu əlinin altında saxlamaq və Azərbaycanla birbaşa əlaqələrdən çəkindirməyə nail olmaq istəyirdi ki, göründüyü kimi buna nail ola bildi. Bundan sonra Rusiyanın qarşıya qoyduğu əsas hədəflərə nail olduqdan sonra Ermənistanda hakimiyyət dəyişikliyi marağı olmadığı üçün aksiyaların sakitləşdirilməsi ilə bağlı xüsusilə də aksiya iştirakçılarının cəzalandırılıb onların dağılmasına cəza verildiyi görüntüsü formalaşdı. Ermənistanda polis aksiya iştirakçılarına aktiv müdaxilə etməyə və onları dağıtmağa başladı. Bütün bunlar onu göstərir ki, Rusiya Cənubi Qafqazda baş verən prosesləri xüsusilə də ,Qərb dairələrinin güclərinin nəzarəti altında Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə Rusiya bu bölgədəki proseslərdə iştirakçılığına olan ehtiyacı aradan qaldırmaq planlarının qarşısını almağa çalışır. Rusiya bütün vasitələrdən istifadə etməklə Cənubi Qafqazdakı proseslərdə özünün iştirakçılığını qoruyub saxlamağa çalışır”.
A.Əliyev onu da qeyd etdi ki, Ermənistanda müxtəlif riçaqları işə salmaqla xüsusilə də, hərbiçiləri bu proseslərə cəlb etməklə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq mümkün idi: “Amma bu real riçaqlardan, alətlərdən istifadə olunmaması yalnız az sayda revanşist qüvvələrin etiraz aksiyalarının keçirilməsi hakimiyyət dəyişikliyi deyil, hakimiyyəti təzyiq altında saxlama məqsədi güdüldüyünü bir daha təsdiq etmiş oldu. Ermənistan hakimiyyəti baş verənlərdən növbəti dəfə özü üçün dərs götürdü və bundan sonra Azərbaycanla Ermənistan arasında birbaşa ünsiyyətin qurulması istiqamətində təəssüf ki, müəyyən problemlərin özünü göstərəcəyini proqnozlaşdırmaq mümkündür. Təəssüf ki, Rusiya heç də Ermənistanla Azərbaycan arasında münasibətlərin tam tənzimlənməsi və əldə olunmuş sülhün möhkəmliyinin qorunub saxlanılmasında o qədər də maraqlı deyil. Nə qədər ki, Rusiya güclüdür və Cənubi Qafqazdakı proseslərə təsir etmək imkanındadır, xüsusilə də Ermənistandakı alətlərinin vasitəsi ilə prosesləri gərginləşdirmək və prosesləri öz axarından çıxarmaq gücündəndir Ermənistanla Azərbaycan arasında birbaşa ünsiyyətin qurulması və davamlı sülhün əldə olunmasında ciddi problemlər özünü göstərəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB