"Texnofest" festivalı ölkəmiz üçün çox əhəmiyyətli idi - MİLLƏT VƏKİLİ AÇIQLADI

"Texnofest" festivalı ölkəmiz üçün çox əhəmiyyətli idi - MİLLƏT VƏKİLİ AÇIQLADI

““Texnofest Azərbaycan” festivalının məhz Azərbaycanda keçirilməsi böyük əhəmiyyətə malikdir. İlk növbədə bu festival Azərbaycan və Türkiyənin birlikdə texnoloji qabliyyətlərini birgə nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, təbii ki, bütün bunları düşmənlər də izləyir. Zaman-zaman Azərbaycanı, Türkiyəni köçəri xalq kimi qələmə vermək istəsələr də, sonda öz yalanlarının qurbanına çevriliblər: “Bu festival və Ukraynadakı hadisələr onu göstərir ki, qardaş Türkiyənin istehsal etdiyi "Bayraqdar" və digər müasir texnolji avadanlıqlar dünya brendinə çevrilib. Təsadüfi deyil ki, Səlcuq Bayrakdarı Türk dünyasının İlon Maskı hesab edirlər. Səlcuq bəy öz çıxışında da tövsiyyə etdi ki, gənclər bu təyyarələrlə toxunub, maraqlansınlar və gələcəkdə kosmosa belə gedib çıxsınlar. Əlbəttə, bu həm də Türkiyə və Azərbaycan dövlətlərinin bir millət olduqlarının nümayişi idi. Festivalda türkiyə dövlətinin Prezidenti və Nobel mükafatçısı da iştirak edirdi. Bununla da bütün dünya iki dövlətin qardaş olduqlarına bir daha əmin oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı da qeyd etdi ki, biz iki gücümüzü birləşdirmişik və hər zaman Türkiyənin yardımını hiss edirik. Bu həqiqətən də belədir. Bu, gözəl ənənədir. Qeyd etmək istərdim ki, bu festival ilk dəfə idi Türkiyənin hüdudlarından kənarda keçirilirdi.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə