RSK-dan daha bir qələt: xrtistian terror təşkilatı Laçın dəhlizindən Xankəndiyə keçdi! TƏRS BAXIŞ+ÖZƏL

Separatçı-quldur rejiminin başçısı Araik Arutyunyan Xankəndiyə qanunsuz səfər etmiş və xristianlıq pərdəsi altında fəaliyyət göstərən terrorçu xarakterli təşkilat rəhbərləri ilə görüşüb

Görünür, Azərbaycan rəhbərliyinin bu vaxta qədər etdiyi xəbərdarlıqları və verdyi şansları hələ də doğru-dürüst dərk etməyən Ermənistan-“dqr” cütlüyü, habelə onların qaunsuz, bir sıra hallarda isə cinayətkar əməllərinə göz yuman Rusiya sülhməramlıları kontingenti Azərbaycan cəmiyyətində hiddət doğuran niyyətlərindən əl çəkmək fikrində deyillər. Belə ki, sözdə “humanitar layihələr” həyata keçirmək adı altında erməni apostol kilsəsinin Xankəndindəki yeparxiyası binasının, həmçinin Tərtər rayonunun Ağdərə şəhərindəki kilsənin “əsaslı təmiri” məsələlərini “müzakirə” etmək üçün Azərbaycan ərazisinə qanunsuz səfər edən həmin ünsürlər məhz RSK-nın müvəqqəti nəzarəti altındakı ərazidən buraxılıblar.

"SOS - Şərqin Xristianları"nın Xankəndidə hansı “itləri” azıb?!

Artıq o da məlumdur ki, sözügedən “humanitar” təşkilat barəsində 2022-ci ilin fevralın 18-də - Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasına bir neçə gün qalmış Fransa hüquq-mühafizə strukturları, habelə digər müvafiq dövlət qurumları tərəfindən ciddi təhqiqat işlərinə başlanılıb.

Bəlli olub ki, "SOS - Şərqin Xristianları" ("SOS - Chrétiens d'Orient") “ictimai təşkilatının” üzvləri Suriyanın Həma əyalətində və digər şəhərlərində insanlığa qarşı hərbi cinayətlərdə ittiham olunan və Suriya rejimini dəstəkləyən yerli silahlılarla sıx əlaqələr saxlayırlar. Onu da qeyd edək ki, adıçəkilən təşkilatla bağlı İstintaqı Fransa Milli Jandarmeriyasının İnsanlığa Qarşı Cinayətlər, Soyqırım və Müharibə Cinayətləri ilə Mübarizə Mərkəzi Bürosu ("OCLCH") həyata keçirir.

Fransanın Milli Jandarmeriyası ilə yanaşı, ölkənin prokurorluq orqanının da həmin təşkilatla bağlı bəzi məqamları üzə çıxardığı məlum olub. Misal üçün, məlum olub ki, təşkilat üzvləri Suriya rejiminin xüsusi cəza dəstələrindən biri – “Şəbihə” ilə sıx münasibətlərdədir. “Şəbihə” isə mülki şəxsləri hədəfə alaraq onları qətlə yetirən, ayrı-ayrı vəhşi üsullu cəzalar tətbiq edən, edam funksiyalarını həyata keçirən silahlı təşkilat olaraq qeydə alınmışdır. Beləliklə, “Şəbihə”nin liderlərinin də “SOS - Şərqin Xristianları” ilə əlaqəsi üzə çıxıb və həmin şəxslər isə Xankəndiyə qanunsuz səfər edən ərəb xristianlar - Simon Əl-Vekil və Nebil Əl-Abdullahdır.

Terror məqsədləri üçün yığılan on minlərlə avrolar

Həmçinin o da agahdır ki, 2016-cı ildən bəri "SOS - Şərqin Xristianları" Əsəd rejiminin silahlı qüvvələrinin yardımları ilə “humanitar” əməliyyatlar üçün 100 minlərlə avro vəsaitlər topladığı deyilir. Bu vəsaitlərin dəqiq hara xərcləndiyi barədə məlumatlar verilməsə də "OCLCH" bu vəsaitlərin məhz silahlara və s. tələblərə xərcləndiyini istisna etməyib.

Daha bir məlumat isə budur ki, "SOS - Şərq Xristianları" təşkilatının baş direktoru Benjamin Blanşar 2021-ci ilin payızında Simon Al-Vekil ilə görünüb. 2021-ci ilin 27 oktyabrında isə o, Rusiyanın paytaxtı Moskvada "Xristian Dünyası Birliyi”nin konfransında Nebil Əl-Abdullahın yanında əyləşib.

"SOS - Şərq Xristianları" üzvləri özlərini “apolitik” , yəni siyasətdən uzaq kimi qələmə versələr də, təşkilat 2013-cü ildə yarandığı gündən Fransada ifrat sağçılarla sıx əlaqə saxlayır. Onlara ən çox dəstək göstərənlərdən biri isə bu gün açıq-aşkar Suriya rejiminə dəstək göstərən Fransa prezidentliyinə sabiq namizəd olmuş aşırı sağçı Le Pendir. Daha bir hissəsi isə Erik Zemmurun tərəfdarlarıdırlar. Bütövlükdə onlar “Milli Birlik” xarakterli digər sağçı partiyalarla iş birliyi qurmaqda davam edirlər. Bundan əlavə, Zemmurun 2019-cu ildə "SOS Şərqin Xristianları" tərəfindən Suriyanın cinayətkar “Şəbihə” qruplaşmasının nəzarət etdiyi Mıharde kəndi üçün təşkil etdiyi xeyriyyə hərracına 20 min avro bağışladığı da məlum faktdır.

Bütün bu qanunsuzluqlar necə deyərlər, Bakının dəftərinə yazılır və hesabı da sorulacaq

Beləliklə, fakt budur ki, RSK-nın hazırkı dövrə qədər buraxdığı ciddi səhvləri ilə yanaşı, bu gün onların burunlarının altından Xankəndiyə barələrində cinayət işi açılmış terrorçular keçib-getməkdədirlər. Əlbəttə ki, bütün bu qaunsuzluqlar necə deyərlər, Bakının dəftərinə yazılır və hesabı da sorulacaq. Amma Azərbaycanın suveren ərazilərində belə bir yanlışlıqlara yol verilməsi artıq bütün qırmızı xətləri keçir. Bu gün Azərbaycan dövlətinin regionda sülhün və inkişafın bərqərar olması üçün göstərdiyi fəallıqları məhz ermənilər və onların havadarları tərəfindən pozulur. O cümlədən, RSK-nın üzərinə götürdüyü vəzifələrini vicdanla yerinə yetirməməsi artıq hədləri aşır. Görünür, xəbərdarlıqlardan nəticə çıxarmayanlara qarşı daha sərt və birdəfəlik tədbirlərin görülməsinin vaxtı artıq (!) çatıb…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə