“Uzun illərdir ki, müxalifət milli siyasi məkanda yalnız öz maraqlarının təmin olunması baxımından fəaliyyətini qurub. Məhz adlarını müxalifət qoyan bu qaragüruhçular ölkəmizdə ictimai siyasi proseslərdə uğur qazana bilməyiblər, ictimai dəstəkdən məhrum olunublar”. “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə “Milli Şura”, AXCP və Müsavat xarici məkrli qüvvələrin sifarişlərini yerinə yetirməklə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa can atırlar: “Demək olar ki, sözügedən qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq üçün əllərindən gələni edirlər. Ancaq xarici fondların buyuq qulu rolunda çıxış edən AXCP və “Milli Şura” nə etmələrindən asılı olmayaraq heç vaxtı məkrli planlarını reallaşdıra bilməyəcəklər. Çünki onların Azərbaycan xalqı tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Ümumilikdə müxalifətin olub, olmaması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da müxalifətin nə isə uğur qazanmasından söhbət gedə bilməz”.
Təşkilat sədri onu da bildirdi ki, yenə də müxalifət təmsilçiləri reallığı özündə əks etdirməyən xəyallara dalaraq pozucu xarakterli çağırışar edirlər: “Bütün bu kimi şoular onu bir daha göstərir ki, dağıdıcı müxalifət Azərbaycanın möhtəşəm uğurlarına kölgə salmaq istəyən xaricidə olan qüvvələr tərəfindən növbəti sifariş alıblar. Lakin mənasız və əsassız çabalardı, müxalifət heç nəyə nail ola bilməyəcək. Nəhayətdə yorulub, əski mövqelərinə qayıdacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB