Azərbaycan-Türkiyə qardaşlığı ŞƏRH

Azərbaycan-Türkiyə qardaşlığı ŞƏRH

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanımışdır. Bu təkcə ölkənin müstəqilliyinin tanınması deyildir, həmçinin bir qardaşlıq birliyinin nümunəsi idi. Tarixə nəzər saldıqda aydın görünür ki, müxtəlif dövlətlərdə dostluq münasibətində olsaq da, yalnız qardaş Türkiyyə ilə daha sıx və qarşılıqlı əlaqələrimiz olmuşdur. Bu əlaqələr hər iki dövlət üçün daim əlavə güc mənbəyi yaratmışdır. 44-günlük Vətən müharibəsində daim arxamızda bir qalxan kimi sipər olan Türkiyə dövlətini hiss etmişik. Sonu zəfərimizlə bitən İkinci Qarabağ savaşında da bu böyük tarixi qələbəyə sevinən ilk dövlət də Türkiyə oldu.

Müharibədə qazanılmış qələbədən sonra, qardaş Türkiyyə ilə işğaldan azad olunmuş tarixi Şuşada eyni adda Bəyannamə imzalanmışdır. 2021-ci ilin iyun ayının 15-də Qurtuluş günündə imzalalan bəyannamənin əsas məğzi Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətlərinin daha da dərinləşməsindən ibarətdir. Bununla da iki qardaş ölkənin Prezidentlərin imzaladığı bütün beynəlxalq sənədlərər, o cümlədən 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Həmçinin, imzalanmış sənədlər içərisində xalqlar arasında tarixi dəyərlərə söykənən sıx əlaqələrin: Humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi öz əksini tapmışdır.

Bu günlər yenə Azərbaycanla Türkiyə bir yerdədir. May ayının 28-dən ölkədə ilk dəfə keçirilən mötəbər "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı keçirilmişdir. Qeyd olunan festival iki qardaş ölkənin birliyinin təzahürüdür. Bu birlik nə qədər var bölgədə sülh və təhlükəsizliyin bərqərar olması deməkdir. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Behbud Quluzadə

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə