Laçında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının iştirakı ilə "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Laçın şəhər 2 saylı körpələr evi -uşaq bağçasında bayram tədbiri keçirilib. Öncə çıxış edən YAP Laçın rayon təşkilatının əməkdaşı Gəray Zeynallı, əlamətdar gün münasibətilə Laçın şəhər 2 saylı körpələr evi -uşaq bağçasının kollektivini və uşaqları təbrik etdi. Gəray Zeynallı qeyd etdi: "Uşaqların böyüməsi, inkişaf etməsi bir dövlətin deyil, bütövlükdə bəşəriyyətin qarşısında dayanan mühüm məsələdir. Azərbaycanda da uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və prioritet istiqamət təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ulu Öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etmişdir və bu gün bu siyasət uğurla davam etdirilir."
Tədbirdə çıxış edən Laçın şəhər 2 saylı körpələr evi -uşaq bağçasının müdiri Şəhla İsmayılova ölkəmizdə uşaqlara göstərilən xüsusi diqqətdən, onların inkişafı üçün aparılan uğurlu dövlət siyasətindən bəhs etdi. Göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirdi. Tədbirdə uşaqların hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirildi və uşaqların ifasında şeirlər, musiqilər səsləndirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB