28 May Müstəqillik Günü Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunmuş, hər bir azərbaycanlının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə təzyiqlər altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikasının yaranması ilə Azərbaycan xalqı dünyaya sübut etdi ki, bu xalq öz müqəddəratının sahibi olmağı bacarır. Lakin xarici müdaxilələr nəticəsində ADP yenidən süqut etməyə məcbur oldu. Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.Ulu Öndər Heydər Əliyev çıxışlarında daim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunacağını, bunun üçün zamana ehtiyac olduğunu, səbirlə, təmkinlə və ağılla hərəkət etmək lazım olduğunu vurğulayırdı. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi cəhətdən dirçəlməsi üçün şərait yarandı. Müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu, dövlətçiliyimiz möhkəmləndirildi, hərbi sənayemiz quruldu, siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı, bir çox əhəmiyyətli layihələrə imza atıldı.Ulu Öndərin başladığı böyük işlər, onun siyasi varisi Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi.2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin 19 ilə yaxın bir müddətdə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.
Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ikinci dəfə 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.Bayram Respublikamızda çox böyük tədbirlərlə yaddaşlarda qaldı. Belə tədbirlərdən biri kimi May ayının 27-də Zəngilan rayonun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı xüsusilə yaddaqalan oldu. Bu açılışla “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Birinci pilot layihə məhz Zəngilanda icra edildi. Ağalı kəndində 1 il bundan əvvəl başlamış inşaat işləri böyük sürətlə davam etmiş, indi 200 evdən ibarət eyni zamanda lazimi infrastruktura malik gözəl kənd “Ağıllı kənd” salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağca, tibb məntəqəsi, bütün xidmətlər- “Asan” “Dost”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Qısa bir müddət ərzində bu cür böyük layihənin icra edilməsi ölkə başçısı Cənab İlham Əliyevin siyasi iradəsi və davamlı iqtisadiyyatın bərqərar olmasının təzahürüdür. May ayının 27-də Ölkə Başçısı, Cənab Prezident Ağalı kəndindəki açılışa televiziya kanallarında baxan hər bir azərbaycan vətəndaşı qürur hissi keçirdi. Bu qürur bizə bəxş edən sözü ilə əməli bir olan sevimli Prezidentimiz cənab İlham Əliyev, və onun çağırışına cavab olaraq xaruqələr yaradan Azərbaycan xalqıdır.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB