"Ermənistanın hansısa bir şərt irəli sürməyə haqqı yoxdur" - MÜSAHİBƏ
Politoloq Tural İsmayılovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Ölkəmizdə keçirilən "TEKNOFEST Azərbaycan" festivalının Azərbaycan üçün mahiyyəti nədir?
- “TEKNOFEST Azərbaycan” festivalına sadəcə texnologiya festivalı rakusundan baxmamalıyıq. Bakı səmasında Türkiyə Müdafiə Sənayesi Nazirliyinin və digər təşkilatların təşkil etdiyi pilotsuz uçuş aparatlarının, hərbi teknikaların nümayişi oldu. Eyni zamanda "TEKNOFEST" yeni startapların nümayişi baxımından daha çox önəmli idi. Səlçuk Bayraktarın burada çox vacib çıxışı olmuşdur. Burada diqqəti cəlb edən mesajlardan biri də o idi ki, biz Azərbaycan və Türkiyə gənclərinin, ixtiraçılarının Qərbə, Avropa ölkələrinə getməyini istəmirik. Ona görə də "TEKNOFEST" Azərbaycan" gənc ixtiracılar, startapçılar və elm sahəsində irəliləmək istəyənlər üçün yeni imkanlar yaratdı. Həmçinin burada siyasi mesajlar da diqqəti cəlb edib. Türkiyə bir daha Azərbaycana həm hava yolu, həm də quru yolu ilə hər zaman dəstək olduğunu nümayiş etdirdi. Türkiyə Azərbacanın yanındadır. 21-ci əsr informasiya-kommuniyasiya texnologiyalarının əsridir. Azərbaycan bununla bağlı uzun illərdir ki, müəyyən addımlar atır. Cənab Prezidentin siyasi iradəsi nəticəsində "Azərkosmos" yaradıldı. Bizim artıq peyklərimiz var. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin kosmosda tədqiqatlarda maraqlı olduğunu vurğulayıb. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı ciddi addımların şahidi olacağıq. Bu baxımdan "TEKNOFEST"in böyük perspektivləri var.
- Bu yaxınlarda Brüsseldə 3-cü görüş baş tutub. Bu görüşün nəticələri necə oldu?
- 3-cü Brüssel görüşündən sonra biz dəyişikliyin şahidi oluruq. Bilirsiniz ki, keçən ilin sonlarına doğru Rusiya prezidenti Vladimr Putin sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun ilk işlərinin keçən ilin sonu bu ilin əvvəlinə doğru start götürəcəyini vurğulamışdı. 2022-ci ilin I rübü geridə qalıb, amma bununla bağlı hələ də bir addım yox idi. 3-cü Brüssel görüşündən sonra bu məsələ ilə bağlı ilk görüş həyata keçirilib. Artıq bu və ya gələn həftə sonu 2-ci görüş Moskvada, 3-cü görüş isə Brüsseldə baş tutacaq. Bu baxımdan 1-ci və -2-ci Brüssel görüşlərindən fərqli olaraq 3-cü Brüssel görüşü həqiqətən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verir. Amma eyni zamanda Rusiya kimi Avropa İttifaqı Şurası da Ermənistana daha ciddi təzyiqlər göstərməlidir. 3-cü Brüssel görüşündə də qeyd edildi ki, 1-ci Qarabağ müharibəsində əsir və itkin düşmüş 4 min azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməlidir. Amma bu günə qədər bu məsələ ilə bağlı dəqiq məlumat verilməyib. Eyni zamanda Brüsselin vasitəçiliyi ilə Ermənistan guya Ağdam ərazisindəki minaların xəritəsini Azərbaycana təhvil vermişdi. Lakin bu da yanlış bir məlumat idi. Düşünürəm ki, bu görüş əsnasında müəyyən yeniliklər var.
- 30 ildən artıq münaqişə tərəfi olmuş dövlətlərin qısa zamanda sülh müstəvisində konkret nəticə əldə edəcəyinə ümidlər varmı?
- Biz dünyada yeganə ölkələrdən biriyik ki, öz ərazi bütövlüyümüzü Ali Baş Komandan İlham Əliyevin və müzəffər ordumuzun gücü ilə bərpa etmişik. Beynəlxalq hüququ Azərbaycan öz gücü hesabına bərpa edib. 30 il ərzində işğala məruz qalsaq da biz Ermənistana hansısa bir ciddi təzyiqlərin şahidi olmamışıq. Amma 44 günlük Vətən müharibəsindən sonra önəmli bir president yaradırıq ki, biz qalib gəlmişik və eyni zamanda qarşı tərəfə də sülh təklif edirik. Düşünürəm ki, dövlət başçısı bu məsələ ilə bağlı ölkəmizin mövqeyini ortaya qoyub. Bundan sonra Ermənistanın üzərinə iş düşür. Amma biz heç bir formada Ermənistana güvənməməliyik. Bu baxımdan Ermənistanda sülhə mane olan qüvvələr var və Nikol Paşinyan hakimiyyətdə siyasi idarəetmə qabiliyyəti çox yüksək olmadığı üçün həmin revanşist qüvvələrin təzyiqləri və təkidləri ilə müəyyən geri dönüşlər edir.
- Nikol Paşinyan 5 maddəlik sazişi qəbul edəcəyini vurğulamışdı. Lakin sonradan Paşinyan 6 şərt irəli sürdü. Bu məsələlərdə Paşinyanın vaxt qazanmaq üçün belə bir yola əl atdığını düşünmək olarmı?
- Ermənistan hər zaman vaxt qazanmağa çalışır. Çünki özünün əlində heç bir yol qalmayıb. Nikol Paşinyan vaxt qazanmaqla müəyyən manipuliyasiyalar etməyə çalışır. Amma nəzərə alaq ki, 3-cü Brüssel görüşü son Brüssel görüşüdür. Şarl Mişel vurğuladı ki, iyul-avqust aylarında da növbəti görüşlər keçiriləcək. Bu görüşlər ola bilsin ki, həy ay keçirilsin. Görüşlərin sayı artdıqca münasibətlərdə aydınlıq daha çox hiss olunacaq. 6-cı maddə ilə bağlı məsələyə Azərbaycan tərəfi öz mövqeyini bildirmişdir. Qeyd edim ki, Ermənistanın bundan sonra hansısa bir şərt irəli sürməyə haqqı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB