Biz dost deyil, qardaşıq! - ŞƏRH

Biz dost deyil, qardaşıq! - ŞƏRH

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri bütün dünyaya nümunədir. Biz türk olmaqla yanaşı soyumuza sonsuzadək bağlıyıq. Bütün dünyaya humanizm, birlik və mərhəmət nümunəsiyik. Azərbaycan və Türkiyə arasındakı əlaqələrin tarixi əsrlərin silinməz izinə əsaslanır.

Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olmuşdur. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmiş, bu nailiyyətlərlə fəxr etmiş, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur. 44 gün içərisində qazandığımız Şanlı zəfərimiz buna bariz nümunədir. Biz doğurdan da 44 gün içərisində bir daha əmin olduq ki, Azərbaycan və Türkiyə arasındakı bağ dostluq deyil, qardaşlıq bağıdır.

Mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi qeyd etdiyimiz qardaşlıq və müttəfiqlik münasibətinin daha bir simvoludur. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı bir çox tarixi məqamlarla yadda qaldı. İlk öncə qeyd etmək lazımdır ki, hazırda informasiya texnologiyaların inkişafı, innovasiyalar, alternativ və daha sürətli həll mexanizmlərinin tətbiqi dünyada geniş vüsət alır. Ayrı-ayrı dövlətlər bu sahədə müxtəlif layihələr həyata keçirir. Bakıda keçirilən bu festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin inkişafına və gənclər arasında təbliğinə töhfələr verəcəkdir.

Dünyada olan ölkələr içərisində heç birində Türkiyə-Azərbaycan əlaqələri kimi ikinci bir nümunəyə rast gəlmək mümkünsüzdür. Çünkü bizim kökümüz eynidir. Çünki bizim adət və ənənələrimiz eynidir. Çünki bizim milli- mənəvi dəyərlərimiz eynidir.Çünkü bizim dilimiz eynidir, dinimiz eynidir. Çünki bizim bayraqlarımızda qırmızı zəmin üzərində ay və ulduz təsvir olunub . Əsirlər keçsədə bu dostluq əbədi və sarsılmaz olacaqdır. Biz buna qəlbdən inanırıq.

Türkiyə mənim üçün ikinci Vətəndir. Vətən isə sadəcə üzərində gəzib gördüyün torpaq demək deyil, bir azda hiss etməkdir. Hər bir önəmli hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda, dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol oynayır

Yaşasın ulu Azərbaycan və Türkiyə qardaşlığı.

Fəridə Süleymanova,

Tərtər rayon Heydər Əliyev mərkəzinin elmi işçisi , YAP fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə