Abşeronda şəhid Babək Allahverdiyevin doğum günü qeyd edilib FOTOLAR

Abşeronda şəhid Babək Allahverdiyevin doğum günü qeyd edilib FOTOLAR

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Azərbaycan bayrağı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” örden və medallarına layiq görülən Baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlunun anadan olmasının 43-cü il dönümü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.Şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilmişdir.

Tədbir zamanı çıxış edən RİH başçısı Abdin Fərzəliyev xalqımızın döyüş meydanında qazandığı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 günə böyük Zəfər qazanaraq xalqımızın torpaq həsrətinə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Vətən müharibəsi zamanı həm Birinci Qarabağ, həm də Vətən müharibələrində şəhid olan, eləcə də mənfur düşmənin dinc əhaliyə qarşı açdığı atəş nəticəsində həlak olan bütün soydaşlarımızın qisası döyüş meydanında alındı. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək, bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların yerindəcə məhv ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra çıxış edən YAP Abşeron Rayon təşkilatının sədri Abbas Əliyev Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildirib. Qeyd edib ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.Daha sonra Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların problemləri və qayğıları ilə maraqlanmışdır. Anım tədbiri Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilmışdır. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.Tədbirdə çıxış edənlər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər. Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunmuş, şəhidin həyat və fəaliyyətindən söz açılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə