Gürcüstanlı politoloq erməniləri "ağ yuyub-qara sərdi"! ANALİTİK+AKTUAL
Vaja Şubitidze: “Ermənilərin başqalarının torpaqlarına iddiaları qanlarına hopub”
Ermənistanın daima qonşularının torpaqlarına göz dikməsi, ümumiyyətlə, onlarda belə bir xəstəliyin mövcud olması kimsəyə sirr deyil. Əbəs deyil ki, dünyanın bir çox millətlərinin və xalqlarının tanınmış şəxsiyyətləri zaman-zaman sözügedən xəstəlik haqqında tarixi kəlamlarını ictimailəşdiriblər.
Bu arada, Gürcüstanın siyasi və tarixi elmlər doktoru, nüfuzlu gürcü analitiki, Qurucu David ədəbiyyat mükafatı laureatı, professor Vaja Şubitidze rusdilli caliber saytına həm regionda, həm də dünyada, eləcə də Ukraynada davam edən geosiyasi hadisələrə dair müsahibə verib. SİA həmin müsahibədə bəzi maraqlı fikirləri diqqətə çatdırır.
“Rusiya hər zaman xalqlar arasında var-gəllər edib, elə ermənilər də...”
İlk olaraq Rusiya-Ukrayna müharibəsi, ardınca isə Tbilisi ilə Kiyev arasındakı münasibətlərin soyuması haqqında bəhs edən gürcü politoloq hadisələrin necə başa çatmasına münasibətini açıqlayıb. Onun iddiasına görə yaranmış situasiyada əsas olaraq ruslar günahkardırlar və onlar iki qardaş xalqlar – gürcülərlə ukraynalılar arasında qəsdən nifaq yaradırlar. “Rusiya hər zaman xalqlar arasında var-gəllər edib, eləcə də azərbaycanlılarla gürcülər arasında da. Ancaq bunu yalnız ruslar deyil, elə ermənilər də ediblər. Ancaq mən hesab edirəm ki, gürcülər və ukraynalılar arasında problemlər mütləq həll olunacaq, Rusiya tamamilə məğlubiyyətə uğradılacaq və bundan sonra gürcülərlə ukraynalılar bir-birləri ilə müstəqil münasibətlərini tənzimləyəcəklər”.
Gürcüstanın Aİ-yə və NATO-ya tamhüquqlu üzv olması ilə bağlı münasibətini açıqlayan Vaja Şubitidze hər şeyin situasiyadan asılı olduğunu bildirib: “Əgər siyasi vaciblik yaranarsa Gürcüstanı tez şəkildə Aİ-yə və NATO-ya üzv edəcəklər, necə ki, indi İsveçi və Finlandiyanı qəbul etməyə hazırlaşırlar. Lakin ən əvvəl Gürcüstan Avropa İttifaqının və NATO-nun qarşısına qoyduğu şərtlərinə əməl etməlidir. Heç kim Gürcüstanla Ukraynanın Aİ-yə üzv olmaq üçün müraciət sənədi təqdim edəcəyini gözləmirdi. Lakin hər şey Rusiyanın nə qədər tez neytrallaşdırılmasından asılıdır”.
“Qardaş olduğumuz üçün biz gərək bir-birimizin qayğısını çəkək”
Gürcü professor Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq formatına da münasibətini açıqlayıb və bu məsələyə kifayət qədər müsbət yanaşdığını bildirib və qeyd edib ki, həmin formatdan orada iştirak edən hər üç ölkə udur. Eyni zamanda, Gürcüstan-Azərbaycan münasibətləri haqqında da danışan politoloq həmin münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirib və bunu strateji partnyorluq kimi qiymətləndirib: “Məni narahat edən yeganə məsələ odur ki, Azərbaycanda, müəyyən ərazilərdə kompakt şəraitdə yaşayan gürcülər öz identikliklərini, xüsusən də soyadlarını saxlamalıdırlar və məktəblərdə gürcü dilində təhsil almalıdırlar. Qardaş olduğumuz üçün biz gərək bir-birimizin qayğısını çəkək”.
“Əks halda, gürcülər erməniləri qırıb-çatacaqdılar”
Vaja Şubitidze daha bir maraqlı suala cavab verib. Belə ki, 1918-ci ildə - Ermənistanın respublika olaraq elan edildiyi zaman ermənilərin Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları ilə çıxış etmələrinin səbəblərini açıqlayan gürcü politoloqu və tarixçisi qeyd edib ki, əslində ermənilər ərazi iddialarını hələ 19-cu əsrin ortalarından irəli sürməyə başlayıblar: “1918-ci ildə onlar Gürcüstana qarşı müharibəyə başladılar, ancaq dağıdıcı zərbələrə məruz qaldılar. Onları həmin vaxt İngiltərə xilas etdi. Əks halda gürcülər erməniləri qırıb-çatacaqdılar. Ermənilərin başqalarının torpaqlarına - Azərbaycan və Gürcüstan torpaqlarına iddiaları qanlarına hopub”.
Eyni zamanda, ermənilərin gürcü kilsələrinə iddialarında da münasibətini açıqlayan Gürcüstanlı professora görə, ermənilərin başqalarının mədəni irslərinə göz dikmələri, xəyallar qurmaları əbəsdir: “Əgər onlar dayanmasalar bu zaman hər şeylərini itirəcəklər. Bu gün Abxaziya əhalisinin böyük hissəsini ermənilər təşkil edirlər. Onlar abxazların getmələrində və bu ərazilərin onlara qalmalarında maraqlıdırlar. Ona görə də abxazlar deyiblər ki, gürcülərlə barışana qədər ermənilərlə döyüşməli olacaqlar”.
“Gürcüstanın inkişafı Osetiyasız və Abxaziyasız mümkün deyil”
Gürcüstanın Lori vilayətinin geri qaytarılması üçün hansı istiqamətdə fəaliyyət göstərməsinə gəlincə, Vaja Şubitidze bildirib ki, hazırda onlar (gürcülər) bu haqda düşünmürlər, indi əsas məsələ Abxaziya ilə Osetiyanı geri qaytarmaqdan ibarətdir: “Bu gün Gürcüstan hələ ki, buna hazır deyil. Özü də o torpaqları sülh yolu ilə qaytarmaq lazımdır. Rusiyanın məğlubiyyətindən sonra o öz hərbi birləşmələrini Qarabağdan, həmçinin Sxinvalidən və Abxaziyadan çıxaracaq. Osetinlər və abxazlar üçün Gürcüstanın tərkibində qalmaq onlar üçün daha yaxşı olacaq. Onlar bu vasitə ilə öz identikliklərini, dillərini və mədəniyyətlərini saxlamağa müvəffəq ola bilərlər. Gürcüstanın inkişafı Osetiyasız və Abxaziyasız mümkün deyil”.
“Əgər Ermənistan özünün imperialistlik iştahasına qalib gələ bilərsə...”
Ermənilərlə azərbaycanlılar arasında sülhün bərqərar olması mümkünlüyünə, yaxud qeyri-mümkünlüyünə də toxunan gürcü professor bunun yalnız bir halda mümkün olacağını qeyd edib: “Əgər Ermənistan özünün imperialistlik iştahasına qalib gələ bilərsə...”
Eləcə də sonuncu Brüssel görüşü ilə bağlı sualı cavablandıran müsahibə görə: “Paşinyan yaxşı bilir ki, Qarabağdan imtina edəcəyi halda onun problemləri yaranacaq və belə bir vəziyyət Ermənistanın iqtisadi inkişafını tamamilə dayandıracaq. Lakin o, bu haqda xalqına danışmaqdan qorxur, ona görə ki, Ermənistanda narazılıqlar artır”, deyə maraqlı proqnozunu irəli sürüb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB