Zəngilanın Ağalı kəndi öz sakinlərini gözləyir ŞƏRH

Zəngilanın Ağalı kəndi öz sakinlərini gözləyir ŞƏRH

İşğaldan azad edilmiş Zəngilan rayonunda 2021-ci il aprel ayının 26-da Prezident İlham Əliyevin iştirakı ilə ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulmuşdu. Prezident İlham Əliyevin azad olunmuş ərazilərin bərpası ilə bağlı özünəməxsus baxışı vardır. Cənab Prezident dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhərlərimiz, kəndlərimiz müasir texnologiyalarla təmin olunan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyaları əsasında yenidən bərpa olunacaq. 2022-ci il 28 May Müstəqillik Günü ərəfəsidə Zəngilan rayonunun Ağalı kəndində yenidənqurma və müsair vəziyyətə gətirilməsi işlərindən sonra kənd sakinləri ilə görüşən Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva sakinləri Müstəqillik Günü münasibətilə təbrik etmiş, daim rifah, xoşbəxtlik arzulamışdır. Prezident İlham Əliyev nitqində Azərbaycanın dövlət müstəqilliyinin möhkəm, əsaslı və xalqımızın xoşbəxtliyi üçün əsas amil olduğunu vurğulamışdır. İqtisadi göstəricilərin çox müsbət olması, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycan hərbi gücünü günü-gündən artırır. Ali Baş Komandan cəhdlər edərkən xalqa, dövlətimizin hərbi, iqtisadi və siyasi gücünə arxalandığını qeyd etmişdir. 44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi.Dünyada gedən proseslər gözü önündədir. Azərbaycan müstəqil ölkə olduğu üçün işğala son qoya bildi. Siyasi və iqtisadi müstəqillik Azərbaycan xalqı üçün ən böyük amildir. Çünki Azərbaycan təhlükəsizlik və sabitlik diyarıdır.

Cənab Prezident Ağalı kənd sakinləri ilə görüşündəki çıxışı zamanı Ermənistandakı vəziyyətin günümüzdə hərbi, siyasi və iqtisadi cəhətdən nə qədər zəif olduğunu vurğulamışdır. Məhz elə Ermənistandakı etirazlar, vəziyyətə qarşı əks istiqamətdə reaksiya bunun bariz nümunəsi olduğunu qeyd etməliyik. Bu gün Azərbaycan müstəqil siyasət aparmasaydı, Ermənistanın xarici havadarları, onların bəzilərinin bizə hədə-qorxu gəlməsi bizi bu işdən çəkindirə bilərdi. Qarabağı heç vaxt görməyənləri, Qarabağ uğrunda ölümə getməyə hazır olan hər bir Azərbaycan əsgərini biz Vətən müharibəsində gördük. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Ağalı kənd sakinlərinin öz doğma yurd-yuvalarına qayıtmaq istəyi cənab prezidenti çox sevindirir və bir daha göstərir ki, xalqımız öz ulu babalarının yurd-yuvasına nə qədər bağlıdır.

Aida Aslanova

AMEA Coğrafiya İnstitutunun Beynəlxalq və İctimaiyyətlə

Əlaqələr şöbəsinin baş mütəxəssisi,

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə