"Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq" - TÜRKİYƏ LİDERİ

“Bu gün "TEKNOFEST" festivalını ilk dəfə ölkəmizdən kənarda can Azərbaycanda keçirməyimizdən qürurluyuq”. SİA xəbər verir ki, bunu “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.

“Siz gənclər sabahın PUA-larını kəşf edənlərdənsiniz. Gənclərimizlə bu sahədə birlikdə addımlayacağıq. "TEKNOFEST" nəsli bu günə qədər çox gözəl layihələrə imza atdı, Azərbaycan gənclərinin də belə uğurlara imza atacağına inanıram.

Parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq", - Ərdoğan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə