"Festival Azərbaycana yeni nailiyyətlər gətirəcək" - DEPUTAT DANIŞDI

“Bu gün ölkəmizdə “Texnofest” festivalı başladı. Azərbaycan parlamentinin nümayəndələri olaraq, biz də burdayıq. Dörd gün davam edəcək bu tədbir əlbəttə ölkəmiz üçün böyük əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın iqtisadi sənaye gücünü göstərir: "Bu gün bir daha bütün dünya ölkələri, qurumlar Azərbaycana gəlməyə, Azərbaycanda tədbirlərin iştirakçısı olmağa can atırlar. Azərbaycan bu gün çoxsaylı xarici qonaqlara ev sahibliyi edir. Dörd gün ərzində həm Azərbaycanın, həm də Türkiyənin yüksək, inkişaf etmiş texnologiyaları nümayiş etdiriləcək.

Bu festival Azərbaycanın iqtisadi gücünü və ölkənin bölgədə söz sahibi olmasını bir daha göstərdi. Bu müasir texnologiyaların nümayişi, möhtəşəm festival Türkiyə və Azərbaycanın bölgədə və dünyadakı birliyinin yeni bir nümunəsidir. Bu festival da ölkəmizə yeni uğurlar, nailiyyətlər gətirəcək. Eyni zamanda Azərbaycanın bu sahə üzrə inkişafı da bundan sonra durmadan artacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...